“Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra iyunun 25-də istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısına stansiyada yaradılan şərait barədə məlumat verilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş digər şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş aşağıdakı […]
İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov dövlətimizin başçısı, Ali Baş […]
Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi – RƏSMİ
Azərbaycan Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətləri birgə məlumat yayıb. Ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində dövlət idarəçiliyinin bütün sahələrində şəffaflığın təmin olunması sahəsində kompleks, sistemli və ardıcıl tədbirlər həyata keçirilməkdədir. Bu istiqamətdə qarşıya qoyulan vəzifələrin icra edilməsi məqsədi ilə öz qanunazidd şəxsi maraqlarını güdməklə dövlət məmurunun […]
Prezidentdən Gəncədə İdman Sarayı tikintisi ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Gəncə şəhərində İdman Sarayının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb. Sərəncama əsasən, Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə üç milyon […]
Prezident və Birinci vitse-prezident Gəncədə karvansara kompleksinin açılışında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iyunun 24-də Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və Birinci vitse-prezidentə kompleksdə yaradılan şərait barədə məlumat verilib.
İcra Hakimiyyətinin vəzifəli şəxsi rüşvət alarkən həbs edildi
Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin müdiri Eyyub Gülməmmədovun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparııb. Baş Prokurorluqdan verilən məlumata görə, müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Eyyub Gülməmmədov xidməti vəzifəsinin icrası ilə əlaqədar İdarənin […]
Dövlət qulluqçuları təltif edildi – SƏRƏNCAM
Prezident İlham Əliyev Dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Sərəncamla dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Abasova Adilə Ziyat qızı Ağayev Aydın Mirzəli oğlu Quliyev Təlatüm Əliövsət oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni […]
Səfir: Brest qalasının müdafiəsində iştirak etmiş azərbaycanlıların tam siyahısı muzeydə qeyd olunmalıdır (FOTO)
İkinci Dünya müharibəsi qurbanlarının ümumxalq xatirə günü münasibətilə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov və diplomatlar Brest Qalasında yerləşən abidənin önünə gül çələngi qoyub və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Doğrusöztv.Az bildirir ki, Səfirlikdən Trend-ə bildiriblər ki, tədbirdə səfirliyin müşaviri Nizami Rüstəmov, hərbi attaşe Elşən Rəhimov və səfirliyin ikinci […]
190 manat birdəfəlik ödəmə bu dəfə necə veriləcək? – RƏSMİ AÇIQLAMA
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə almış şəxslərə eyni məbləğdə birdəfəlik ödəmə veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Trend-ə bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı əsasında ölkəmizdə pandemiya ilə […]