Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib. “2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Cumhurbaşqanı […]
Azərbaycan Türkiyəyə nə qədər yardım göndərib? – Prezident AÇIQLADI
Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib. Dövlət başçısı bildirib ki, Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər […]
Prezident TDT-nin Fövqəladə Zirvə görüşündə iştirak edir – CANLI
Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşü start götürüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edir. Zirvə görüşü Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycanın təşəbbüsü ilə keçirilir.
Ərdoğanın prezidentliyə namizədliyi irəli sürüldü
Türkiyədə AK Partiya Parlament Qrupu mayın 14-də keçiriləcək seçkilərdə Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyinin irəli sürülməsinə qərar verib. Bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.
İcma: “Azərbaycana məxsus olan, indiki Ermənistan ərazisində yerləşən məscidlər və qəbiristanlıqlar dağıdılıb”
“Azərbaycana məxsus olan və indiki Ermənistan ərazisində yerləşən mədəni-tarixi irs, o cümlədən məscidlər və qəbiristanlıqlar dağıdılıb, toponimlər dəyişdirilib”. “Report”un xəbərinə görə, bunu Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfüqar Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, 1988-1991-ci […]
Qusarda evdə partlayış: Xəsarət alan var
Qusar rayonunda evdə partlayış olub. Hadisə Yeni Həyat kəndində yerləşən fərdi yaşayış evində baş verib. Partlayış zamanı 1961-ci il təvəllüdlü Telnaz Hacımuradova yanıq xəsarətləri alıb. O, Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mkrn dairəsi) yerləşən yol ötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində (yalnız yolötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, sözügedən yolötürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri […]
Ağdamda 2 nəfər minaya düşərək HƏLAK OLDU
Ağdam rayonu Yusifcanlı kənd ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər. DİN-in mətbuat xidmətindən bildirilib ki, 1999-cu il təvəllüdlü Həsənov İsrail İbrahim oğlu, 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər. Araşdırma aparılır.
“Can Azərbaycan fövqəladə toplantı keçirilməsini təklif etdi” – Çavuşoğlu
“Tarix sürətlə gedir. Biz məsləhətləşmələrimizi intensivləşdirməliyik. Can Azərbaycan bunu nəzərə alaraq Təşkilatımıza Fövqəladə Zirvə Toplantısı təşkil etməyi təklif etdi. Özbəkistan prezidentliyi dövründə də bizə ev sahibliyi etmək şərəfini təklif etdi. Zirvəmizi başqa gündəmlə toplamaq istərdik. Lakin biz əsrin fəlakəti ilə əlaqədar olaraq “Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım” mövzusunu […]
Türkiyədə sel nəticəsində ölənlərin sayı artdı
Türkiyənin zəlzələdən zərər görmüş Şanlıurfa bölgəsində sel nəticəsində ölənlərin sayı artıb. Ölənlərin sayı 15-ə çatıb. İtkin düşən beş nəfərin axtarışları davam edir.