Milli Məclisin iyunun 25-də keçiriləcək növbədənkənar iclasının gündəliyi AÇIQLANDI

Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il iyunun 25-də keçiriləcək növbədənkənar iclasının gündəliyinə təklif olunan layihələr müəyyənləşib. Doğrusöztv.Az bildirir ki, Milli Məclisdən Trend-ə bildirilib ki, iclasda 16 məsələ müzakirə olunacaq. Bunlar aşağıdakılardır: 1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş). 2. “Dövlət rüsumu haqqında” Azərbaycan […]

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə rəssam tələbə əlil arabasından qurtuldu (VİDEO)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi, birinci qrup əlil Cavid Həsənli əməliyyat olunaraq əlil arabasından qurtulub. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Cavid Həsənlinin xəstəliyi 7 yaşından başlayıb və orta təhsilini evdə tamamlayıb. 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına rəngkarlıq ixtisası üzrə […]

Prezident İlham Əliyev Biləsuvarda əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına 455 min manat ayırdı

Prezident İlham Əliyev Biləsuvar rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Biləsuvar rayonunun Çinarlı kəndində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində […]

Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə təbrik məktubu göndərib. Doğrusöztv.Az Trendə istinadən bildirir ki, təbrikdə deyilir: “Əlahəzrət, Böyük məmnunluq hissi ilə Sizi və dost Lüksemburq xalqını ölkənizin milli bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ölkənizə […]

4 rayona yeni prokuror təyin edildi

Prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir. Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-ə Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə Ramazan Hadıyev Beyləqan, Rauf Gözəlov Qazax, Nazim Babayev Qəbələ, Behruz İbrahimov isə Yardımlı rayonunun prokuroru vəzifələrinə təyin ediliblər. Kadr korpusunun […]

Prezident İlham Əliyev Bakının Neapol küçəsindəki yerüstü piyada keçidinin açılışında iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Bakının Xətai rayonu, Neapol küçəsində yeni yerüstü piyada keçidinin açılışında iştirak edib. Doğrusöztv.Az bildirir ki, Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov piyada keçidinin texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verdi. […]

Bakıda görünən “Aurus Senat” bu milyarderindir (Foto)

Rusiyanın yüksək vəzifəli şəxslər üçün istehsal edilən “Aurus Senat”  limuzininin nümunələrindən biri Bakı küçələrində görünüb. Unikal.org avtomobilin kimə aid olduğunu müəyyənləşdirib. Fərdi müştərilərə hələ satılmayan 90 MC 002 dövlət qeydiyyat nişanlı avtomobil Rusiyada yaşayan azərbaycanlı milyarder Rəhimov İlham Məmmədhəsən oğlunun adına rəsmiləşdirilib. Qeyd edək ki, “Aurus” Rusiyada hakimiyyətin yüksək vəzifəli şəxsləri […]

Baş Prokurorluq Şəmkirdəki bıçaqlanma ilə bağlı məlumat yaydı

Bəzi kütləvi informasiya vasitələrində Şəmkir rayonunda 17-18 yaşlı şəxsin bıçaqlanaraq ağır vəziyyətdə xəstəxanaya çatdırılması barədə məlumatlar yayılıb. Belə ki, iyunun 20-də saat 2 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbə sakini 1992-ci il təvəllüdlü Səddam Həsənovun bıçaqlanması və daxilə keçən kəsilmiş-deşilmiş yara diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Xüsusi karantin günlərində “ASAN xidmət” və “ASAN Kommunal” fəaliyyət göstərəcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə məhdudiyyətlər tətbiq olunacaq. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, məhdudiyyətlərin […]

“Rəqəmsal bacarıqlar” layihəsində iştirak edən müəllimlərin fəaliyyəti yoxlanılacaq

İyunun 22-dən “Rəqəmsal bacarıqlar” layihəsində iştirak edən müəllimlər üçün qiymətləndirmə imtahanı təşkil olunacaq. Doğrusöztv.Az bildirir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Qiymətləndirmə imtahanının qeyd edilən tarixdən etibarən həftə ərzində “Rəqəmsal bacarıqlar” platforması vasitəsilə onlayn formatda aparılması nəzərdə tutulub. İmtahan müəllimlərin layihə üzrə səriştə və bacarıqlarının yoxlanılması, onlar üçün keçirilən […]