Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir. Nazirliyin tabeliyində fəaliyyət göstərən əksər məktəbdənkənar təhsil müəssisələrinin idman zalları, inzibati, məşğələ otaqları, sanitar qovşaqlar, yeməkxana və digər köməkçi qurğularında dezinfeksiya işləri artıq yekunlaşdırılıb. Digər müəssisələrdə də tədbirlər davam etdirilir. […]
Azərbaycanın Bolqarıstandakı Səfirliyi “Bir günlük Səfir” adlı beynəlxalq təşəbbüsə qoşulub – FOTO
Azərbaycanın Bolqarıstandakı Səfirliyi Böyük Britaniyanın bu ölkədəki Səfirliyinin təşkilatçılığı və Bolqarıstan Respublikasının Vitse-prezidenti İliana Yotovanın himayədarlığı ilə keçirilən “Bir günlük Səfir” adlı təşəbbüsdə iştirak edib. Doğrusöztv.Az xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, 2018-ci ildən irəli sürülən təşəbbüs Bolqarıstanda 14-18 yaşarası gənc qızların bir günlük səfir olmalarına şərait yaratmaqla diplomatiyaya […]
YPX avtomobili polisi vuraraq öldürüb – RƏSMİ
Daxili İşlər Nazirliyi (DİN) Gəncədə polis əməkdaşın öldüyü yol qəzasına aydınlıq gətirib. Doğrusöztv.Az Unikal.org- a istinadən xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, bu qəza respublika ərazisində hər gün baş verən yol qəzalarından biridir:“Bu gün səhər saat 07:00 radələrində Gəncə şəhər Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri Fərhad Abdullayev avtobusdan […]
Azərbaycan İran gəmilərinin limanlara girişinə məhdudiyyət qoydu
Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən İran İslam Respublikasının dövlət bayrağı altında üzən gəmilərin Azərbaycan Respublikasının limanlarına girişinə müvəqqəti olaraq məhdudiyyət qoyulur. Doğrusöztv.Az Unikal.org-a […]
Operativ qərargah koronavirusla bağlı məlumat yaydı: 276 vətəndaş…
İran İslam Respublikası ərazisində olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə geri qayıtması təmin edilir. Bununla əlaqədar İran İslam Respublikasında olan vətəndaşlarımızın Azərbaycan Respublikasının Tehran şəhərindəki Səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun “qaynar xət”lərinə daxil olan müraciətləri qeydiyyata götürülür. Doğrusöztv.Az bildirir ki, bu barədə Unikal.org-a Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib. Vətəndaşlarımızın qayıdışı […]
Azərbaycanda nazir işdən çıxarıldı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov martın 4-də Rövşən Məmmədovun Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Doğrusöztv.Az Unikal.org-a istinadən bildirir ki, sərəncamla Rövşən Həmid oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edilib.
Vilayət Eyvazov Prezidentə raport verdi – FOTO
Ağstafa rayonuna səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 4-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Dogrusoztv.az xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı hərbi hissədə yaradılan […]
Prezident İlham Əliyev Ağstafa rayonuna səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa rayonuna səfərə gəlib. Doğrusöztv.Az AZƏRTAC a istinadən xəbər verir ki, dövlətimizin başçısı Ağstafa şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
İcra Başçısı 1-Ci Müavinini Işdən Çıxardı – Əhəd Abıyevin Qardaşıdır
Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev işdən azad edilib. İcra başçısı Şahin Məmmədov ötən gün bu barədə əmr imzalayıb. N. Abıyev yaş həddiylə bağlı işdən azad olunub. Qeyd edək ki, N. Abıyev Daşkəsənin icra başçısı Əhəd Abıyevin qardaşıdır. “Qafqazinfo” məsələ ilə bağlı N. Abıyevlə də əlaqə saxlayıb. […]
Zakir Həsənov tapşırıq verdi
Genişmiqyaslı komanda-qərargah təlimlərinə rəhbərlik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələri dinləyib. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Müdafiə naziri təlimdə iştirak edən qoşunların idarə olunması […]