Ermənistan dövlət səviyyəsində Azərbaycanın mülki əhalisinə qarşı terror aktları həyata keçirir – Hikmət Hacıyev

Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutmaqda davam edir. Ermənistan dövlət səviyyəsində Azərbaycanın mülki əhalisinə qarşı terror aktları həyata keçirir. Oktybarın 10-da Ermənistanla Azərbaycan arasında humanitar atəşkəs razılaşmasının imzalanmasına baxmayaraq, bir qədər sonra münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərində mülki əhali atəşə tutulub. Burada hərbi hədəf yox idi. Sadəcə, onlar bilərəkdən […]

Prezident İlham Əliyev: Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir

Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir. Bu gün səhər mən yeni kəndlərin azad edilməsi haqqında məlumat vermişəm. Azərbaycan Ordusu zəfər marşındadır və qarşımızda duran bütün vəzifələr yerinə yetirilir. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham […]

ADA Universitetində ermənilərin Gəncə terroru ilə bağlı diplomatlarla görüş keçirilir (FOTO)

ADA Universitetində ermənilərin Gəncə terroru ilə bağlı diplomatlarla görüş keçirilir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, brifinqdə xarici ölkələrin diplomatik korpuslarının nümayəndələri iştirak edir. Dövlət rəsmiləri Ermənistanın son təxribatları ilə bağlı xarici ölkələrin diplomatik korpuslarının nümayəndələrini məlumatlandırır.

Son dəqiqə! Xeyli sayda kənd işğaldan azad edildi

“Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!”. Doğrusöztv.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “Twitter“ hesabında yazıb.

Yaxın günlərdə bu ərazilərlə bağlı XOŞ XƏBƏRLƏR OLACAQ – Polkovnik-leytenant AÇIQLADI

“Torpaqlarımızın işğaldan azad olunması hər birimizi qürurlandırır. Füzuli şəhərinin və bir sıra kəndlərinin azad olunması isə ilk növbədə Füzulidən olan insanları, o cümlədən bütün xalqımızı sevindirir. Çünki onlar 30 ilə yaxın idi ki, bu günləri gözləyirdilər və indi hər kəs saatı, vaxtı sayır ki, o torpaqlara yenidən qayıdacaqlar, öz doğma […]

Düşmənin məhv edilən hərbi texnikaları – SİYAHI

Oktyabrın 17-də gün ərzində yeni humanitar atəşkəs rejimi elan olunanadək cəbhənin Ağdərə və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti nisbətən sabit olub. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Ordusu tərəfindən dünən gün ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd S-300 ZRK-nin raket tuşlama stansiyası, 5 ədəd […]

Mövlud Çavuşoğlu Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib

Can Azərbaycanın və azərbaycanlı qardaşlarımızın Müstəqillik Günü mübarəkdir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rəsmi “Twitter” hesabında etdiyi paylaşımda deyib. “18 Oktyabr Müstəqillik Günü münasibətilə qardaş Azərbaycanı ürəkdən təbrik edirəm” – deyə Mövlud Çavuşoğlu qeyd edib

Qazaxıstan XİN Azərbaycanın müstəqillik Gününü təbrik edib

Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın 18 Oktyabr – Müstəqillik Gününü təbrik edib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu barədə nazirliyin Tvitter səhifəsində paylaşım edilib. Paylaşımda deyilir: “Əziz həmkarlar, qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik! Tərəqqi və firavanlıq arzu edirik!”

Ad günün mübarək, Nigar, bağışla ki, qonşumuz qaniçən Ermənistandır – Hikmət Hacıyev

“Ad günün mübarək, Nigar. Bağışla ki, qonşumuz qaniçən Ermənistandır”. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb. “Dinc sakinlərin, uşaqların öldürülməsi Ermənistan silahlı qüvvələrinin standart təcrübəsidir. Nigar doğum günündən bir gün əvvəl Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində […]

Ermənistan Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma cəhd edib

Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, oktyabrın 18-i səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələri düşmənin […]