Prezident İlham Əliyev Albert Lixanovu “Dostluq” ordeni ilə təltif edib

Prezident İlham Əliyev Albert Lixanovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Albert Anatolyeviç Lixanov “Dostluq” ordeni ilə təltif edilsin.

Metrodan istifadə qaydaları açıqlandı

Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətinin 14 sentyabr 2020-ci il səhər saat 06:00-dan bərpa olunmasını qərara alıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 3 iyul 2020-ci il 236 №-li Qərarı ilə Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti 4 iyul […]

Yeni dərs ili üçün cədvəl nümunələri açıqlanıb (FOTO)

Təhsil Nazirliyi məktəb rəhbərləri və müəllimlər üçün hibrid tədris üçün dərs cədvəli nümunəsini təqdim edib. Doğrusöztv.Az Trend – ə istinadən bildirir ki, bu nümunələr 4 müxtəlif situasiyanı əhatə edir: – əyani tədris həftədə 2 dəfə olarsa və sinifdə şagird sayı sosial məsafəni qorumağa imkan verərsə, başqa sözlə, bütöv sinif üçün […]

Yaxın vaxtlarda 2021-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılacaq (FOTO)

Yaxın vaxtlarda 2021-ci ilin dövlət büdcəsi layihəsi müzakirə üçün Milli Məclisə daxil olacaq. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin bu gün keçirilən iclasında deyib. T.Mirkişili bildirib ki, Maliyyə Nazirliyi tərəfindən Azərbaycanın 2021-ci ilin dövlət büdcəsinin ilkin göstəriciləri açıqlanıb: […]

Səfirlik nümayəndələri Azərbaycan-Rusiya sərhədindəki toqquşmaya görə həbs edilən azərbaycanlılarla görüşüb

15 iyun tarixində Azərbaycan-Rusiya sərhədində baş vermiş toqquşma nəticəsində 10 nəfər və 23-24 iyul tarixlərində Moskva şəhərindəki məlum iğtişaşlar zamanı 11 nəfər Azərbaycan vətəndaşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, həmvətənlərimizin vəziyyəti ilk gündən Səfirlik tərəfindən müşahidə olunub, saxlanılan azərbaycanlılarla görüşlər keçirmək üçün Rusiyanın aidiyyəti qurumları […]

Azərbaycan Ordusunun gücünə dost baxıb sevinir, düşmən isə kədərlənir – Deputat

Ordumuzun hərbi potensialı yüksəkdir. Vaxtilə adi bir gülləni də xaricdən alan dövlət bu gün artıq onun ixracını da bacarır. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputatın sözlərinə görə, əvvəllər əsgərlər müxtəlif işlərə cəlb olunurdu, lakin son 10 ilə nəzər salsaq, görərik ki, əsgərin işi […]

Deputatlar bir sıra məsələləri Milli Məclisin plenar iclasına tövsiyə etdi

Sentyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, iclasda 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində görülən işlər barədə hesabata, komitənin 2020-ci il payız sessiyası dövrünə dair işlər planına baxılıb. Həmçinin, altı qanun layihəsi müzakirə […]

XİN-in həbs olunan şöbə müdirinin şikayəti təmin edilmədi

Bu gün Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyat zamanı həbs edilən, nazirliyin Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirməsi ilə bağlı verdiyi vəsatətə baxılıb. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, hakim İlkin Rüstəmlinin […]

İqtisadi Şuranın ilk iclası keçirildi (VİDEO)

Bu gün Azərbaycan Respublikasının Baş Naziri Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın ilk iclası keçirilib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, iclasda Şuranın üzvləri – Azərbaycan Respublikası Prezidentinin köməkçiləri Şahmar Mövsümov və Natiq Əmirov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçiləri Emin Hüseynov və Xalid […]

Avtomobildə tibbi çantada bəzi dərmanların saxlanması təhlükəlidir – Ekspert

Son günlər avtomobildə dərman qutusu ilə bağlı məsələ yenidən gündəmə gəlib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, 19 iyun 2020-ci il tarixdə Həm “Yol hərəkəti haqqında” Qanuna, həm də İXM-ə dəyişiklik edilərək avtomobillərdə olması zəruri hesab edilən bu qutunun adı dəyişdirilib: “İndi […]