“Bir il ərzində evləri yenidən tikəcəyik” – Soylu

alfonsonri

“Antakyada  binaların 40 faizində dağıntı aşkar edilib. Dəlil toplamadan dağıntılar aradan qaldırılmır. Dağılmış evlərin sahibləri də orada olacaq və salamat qalmış əşyalarını götürə biləcəklər”. Bunu türkiyənin daxili işlər naziri Süleyman Soylu Kahramanmaraşda bildirib. Onun sözlərinə görə, uçmuş evlər yenidən tikiləcək və bir il ərzində təhvil veriləcək.

Bakıda tozlu hava müşahidə olunur

alfonsonri

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, buna səbəb arabir güclənən şimal-qərb küləyinin təsiri nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır: “Tozlu hava şəraiti lokal xarakter daşıyır […]

Mirzoyanla Çavuşoğlu arasında görüş başladı – YENİLƏNİB

alfonsonri

Ararat Mirzoyan və Mövlud Çavuşoğlu arasında görüş Ankarada başlayıb. Ermənistan və Türkiyə xarici işlər nazirlərinin növbədənkənar görüşündən sonra geniş tərkibdə iclas keçiriləcək, daha sonra nazirlər bəyanatlarla çıxış edəcəklər. ***12:03 Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin paytaxtı Ankaraya gedib. XİN rəhbərinin başçılıq etdiyi nümayəndə heyətinə Ermənistanla […]

Azərbaycan könüllüləri Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət qəbul ediblər

alfonsonri

Azərbaycan könüllüləri Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət qəbul ediblər. Müraciətdə deyilir: “Hörmətli Mehriban xanım! Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk anlarından biz Azərbaycan könüllüləri xalqımızın birlik, həmrəylik və qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirərək qardaş türk xalqının yanında olmasının şahidi olduq. Yaşanan ağır faciəyə […]

Azad olunmuş ərazilərə ayrılan pulları mənimsəyən alim və arvadına cinayət işi açıldı

alfonsonri

Azad olunmuş ərazilərdə tədqiqat aparılması üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən alim məsuliyyətə cəlb edilib. Dogrusoztv.az trend-ə istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva vəzifəsindən sui-istifadə edərək Qarabağın işğaldan azad olunmuş […]

Tələbələrin meyitləri tibbi ekspertizadan sonra təhvil veriləcək

alfonsonri

Türkiyənin Malatya şəhərində fevralın 6-da baş vermiş zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrin meyitləri tibbi ekspertizadan sonra ailələrinə təhvil veriləcək. Dogrusoztv.az xəbər verir ki, bu barədə “Report”un Ankara bürosuna Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyadan olan millət vəkili Ahmet Çakır bildirib. O, qeyd edib ki, hazırda […]

Laçın-Xankəndi yolundakı aksiyanın 66-cı GÜNÜ

alfonsonri

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası altımış altı gündür davam edir. Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident […]

Günün qoroskopu: Pullarınızla risk etməyin

alfonsonri

Qoç – Emosional fon əlverişli deyil. Ən kiçik və xırda məsələyə görə əhvalınızı pozmayın. Ünsiyyətdə o qədər də xoş olmayan insanlarla təmaslar qaçılmazdır. Onlarla əsl münasibətinizi müvəqqəti də olsa, pərdələməyə çalışın. Gərəkli əşya itə bilər. Bu, sizi hədsiz dərəcədə qıcıqlandırır. İşdə rəhbərliklə münasibətləri korlamayın. Önəmli qərarlar qəbul etmək üçün əlverişli gün […]