Günün qoroskopu: Azadlıq və fərdiyyət ehtiyacın artır

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirikBəzən təqvimdəki sadə bir tarix, içimizdəki böyük dəyişikliklərin başlanğıcı olur. 1 May – təzə bir nəfəs kimi gəlir: torpaq oyanır, ruh dirçəlir, arzular yeni güclə çiçəkləyir. Baharın ortasında bu gün, kainatın enerjisi yumşaq bir dalğa […]

Sumqayıt və Abşeronun bəzi qəsəbələrində su kəsiləcək

Sabahdan etibarən Sumqayıt şəhərini içməli su ilə təmin edən kəmərdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq şəhərin bəzi ərazilərində, həmçinin Müşfiqabad, Atyalı və 28 May qəsəbələrinin bir hissəsində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. […]

İlham Əliyev xüsusi təyinatlı avtomobilin sükanı arxasında – Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Sumqayıt Kimya Sənaye Parkında “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodunun açılışında iştirak edib. Dövlət başçısı “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobillərdən birinin sükanı arxasına keçib. Həmin fotonu təqdim edirik:

Azərbaycan qızıl ixracından gəlirini 4 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 65,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilir. Məlumata görə, bu, ötən ilin 3 ayı ilə müqayisədə 46,7 milyon ABŞ dolları və yaxud 3,5 dəfə çoxdur. Təkcə martda isə Azərbaycan 25 milyon […]

Azərbaycan Dövlət Uşaq Filarmoniyasına yeni direktor təyin olunub

Azərbaycan Dövlət Uşaq Filarmoniyasına yeni direktor təyin olunub. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə təyin edilib. Qeyd edək ki, Səidə Tağızadə Bakı şəhərində anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası […]

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 30-da Sumqayıt Kimya Sənaye Parkında olub, “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin və “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında iştirak edib.Əvvəlcə “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin istehsalı zavodunun açılışı oldu. İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına ölkədəki sənaye zonaları və […]

May ayının ilk günü hava yağmursuz olacaq

May ayının ilk gününə olan hava proqnozu açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb,  Bakıda və  Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu gecə 9-11° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 766 mm […]

Azərbaycanda distant təhsil xidməti üzrə yeni dövlət standartı qəbul edilib

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) beynəlxalq standart əsasında AZS ISO 29994:2025 “Təhsil və təlim xidmətləri. Distant təhsilə dair tələblər” yeni dövlət standartını qəbul edib. Yeni dövlət standartı distant təhsil xidmətlərinin layihələndirilməsi, göstərilməsi, monitorinqi və qiymətləndirilməsi proseslərini ehtiva etməklə, bu sahədə beynəlxalq tələblərə uyğunluğu təmin edir. Sözügedən dövlət standartının ölkədə tətbiq edilməsinin […]

Prezident İlham Əliyev Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyuducu anbar kompleksi ilə tanış olub.İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına kompleksin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, cəmiyyət tərəfindən Qusarda 330, Ağsuda isə 30 hektar ərazidə ən son texnologiyalar əsasında intensiv bağlar salınıb. Hazırda […]

İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqa təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, İsrail Dövlətinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Azərbaycan ilə İsrail arasında mövcud olan dostluq […]