Ombudsman 20 Yanvarla bağlı bəyanat yayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 1990-cı il 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar bəyanat imzalayıb. Bəyanatda qeyd edilib: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ silahlı qüvvələri tərəfindən Azərbaycan xalqının milli iradəsinin və müstəqillik tələblərinin zorakılıq yolu ilə boğulması məqsədilə mülki əhaliyə qarşı həyata keçirilmiş […]

Sabah Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar sabah “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, anım tədbirinin keçiriləcəyi “20 Yanvar”, eləcə də Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri tətbiq olunacaq. Qatarların hərəkət qrafiki […]

Azərbaycan XİN İspaniyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyaya başsağlığı verib. Bu barədə XİN-in sosial media hesabında paylaşım edilib. “İspaniyanın Kordova şəhərində baş verən və çoxsaylı insanın ölümünə və yaralanmasına səbəb olan faciəli qatar toqquşması xəbəri bizi dərin kədərləndirdi. Həlak olanların ailələrinə və İspaniya xalqına dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə sağalmalarını arzulayırıq”, – […]

Qəzza üçün Tramp Sülh Şurasına daimi üzv olan ölkələr 1 milyard dollar verməlidir

ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə yaradılan və Qəzzada növbəti mərhələləri nəzarətdə saxlamağı hədəfləyən Sülh Şurasına daimi üzv olmaq üçün ölkələr 1 milyard dollar verməlidirlər. Bu barədə “Associated Press“ ABŞ rəsmisinə istinadən məlumat yayıb. Məlumata görə, üç il müddətinə üzvlük üçün ödəniş nəzərdə tutulmasa da bu yolla toplanan vəsaitin Qəzzanın […]

Baş nazir hüquqi şəxslərlə bağlı qərar imzaladı

Nazirlər Kabineti 13 aprel 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”na dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra, dövlət reyesterində qurumun hər bir benefisiar mülkiyyətçisinin soyadı, adı, atasının adı, doğum tarixi, vətəndaşlığı, yaşayış […]

Keşləyə su gəlməyəcək – SƏBƏB

Bu gün Bakının Keşlə qəsəbəsində su kəsiləcək. Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, Keşlə qəsəbəsinin bir hissəsini içməli su ilə təmin edən magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə bağlı görüləcək işlər çərçivəsində bu gün gün ərzində həmin ərazinin su təchizatında müvəqqəti fasilə yaranacaq.

Naxçıvanda avtobus avtomobillə toqquşub, xəsarət alanlar var

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Xətai məhəlləsində baş verib. Belə ki, “KİA” markalı avtomobillə 9 nömrəli şəhərdaxili marşrutxətti üzrə hərəkət edən avtobus toqquşub. Hadisə nəticəsində Naxçıvan şəhər sakinləri – 1987-ci il təvəllüdlü Abdullayeva Təhminə Qəhraman qızı, 1987-ci il təvəllüdlü Qafarova Lamiyə Rüfət qızı və 1981-ci il təvəllüdlü Vəliyeva […]

Tramp Ərdoğanı Qəzza Sülh Şurasında qurucu üzv qismində iştiraka dəvət edib

ABŞ lideri Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qəzza Sülh Şurasında qurucu üzv qismində iştiraka dəvət edib. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran “X”də yazıb. O qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsində ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinə son […]

KİV: İranda etirazlarda ölənlərin sayı 3 mini aşıb

Hüquq müdafiəçilərinin məlumatına görə, İranda baş verən ölkəmiqyaslı etirazlar nəticəsində 3 mindən çox insan həyatını itirib. Bu barədə “Reuters“ öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ-da fəaliyyət göstərən “HRANA” təşkilatı 3090 ölüm faktını təsdiqlədiyini bildirib, onların 2 885-i etirazçılardır.