Azərbaycan ictimaiyyəti Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir (FOTO)

Bu gün XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 28-ci ildönümüdür. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan ictimaiyyəti Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası […]

Türkiyə Prezident Administrasiyası: Dünya ictimaiyyəti Xocalı faciəsinə göz yummamalıdır

Dünya ictimaiyyəti Xocalı faciəsinə göz yummamalıdır. Bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından deyiblər. Qeyd olunub ki, Azərbaycanın dinc sakinlərinin qırğını bəşəriyyətin vicdanına qara ləkədir. Xocalı soyqırımının 28-ci ildönümünü şərh edərkən Administrasiyadan bildiriblər ki, Türkiyə beynəlxalq ictimaiyyət tərəfindən Xocalı faciəsinə layiqli qiymət verilməsini gözləyir: “Türkiyə azərbaycanlı qardaşlarının ağrı-acısını bölüşür və heç vaxt […]

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak ediblər

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu faciədən 28 il keçir. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin […]

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri iki ölkənin qarşılıqlı münasibətlərində yeni bir səhifə açdı – Musa Qasımlı

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri iki ölkənin qarşılıqlı münasibətlərində yeni bir səhifə açdı. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin münasibətləri ölkəmizin digər dövlətlərlə olan münasibətlərinə bənzəmir: “Bizim münasibətlərin bir sıra özünəməxsusluqları var. Hər şeydən əvvəl Azərbaycan […]

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Doğrusöztv.Az bildirir ki, bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Bərdədə kollec direktoru və müavini tutulub – Onlar rüşvət almaqda ittiham edilir – YENILƏNIB – VİDEO

Bərdədə kollec direktoru və müavini tutulub. Bu barədə Təhsil Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına bildirilir. Məlumatda bildirilir ki, Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktorunun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. […]

Ərdoğan Azərbaycan-Ermənistan sərhədində şəhid olan hərbçimizdən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında çıxış edib.  Doğrusöztv.Az “Hürriyet” xəbər verir ki, Ərdoğan dünən Azərbaycan-Ermənistan sərhədində şəhid olan İbrahim Vəliyevdən danışıb: “Dünən şəhid olan azərbaycanlı İbrahim qardaşımıza Allahdan rəhmət diləyirəm. Bir müddət əvvəl şəhid olan qardaşımıza da Allah rəhmət eləsin. Bütün […]

Zahid Orucdan yeni TƏYİNATLAR

Sosial Tədqiqatlar Mərkəzinə daha iki təyinat olub. Doğrusöztv.Az bildirir ki, Oxu.Az-ın məlumatına görə, bununla bağlı əmri Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc imzalayıb. Əmrə əsasən, Şəfanə İbrahimova və Afaq Məmmədova Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi vəzifəsinə təyin olunublar. Şəfanə İbrahimova ölkənin tanınan media orqanlarında çalışıb, Afaq Məmmədova isə […]

Koronavirusdan Azərbaycana Novruz zərbəsi: İtkimiz böyük olacaq

İrandan Azərbaycana gəlmək üçün tur paket alan iranlı turistlərin bir qismi səyahət biletlərini ləğv etmək üçün otellərə müraciət edib. Yeniavaz.com xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a İranın “Ulduz” Turizm Şirkətinin rəhbəri Həmid Cahadi məlumat verib.O bildirib ki, tur paket alan iranlı turistlərdən 8-9 ailə otellərə zəng edərək bronları ləğv etmək […]