Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür – FOTO

Bu gün Vətən müharibəsi şəhidi Sultan İbrahimovun doğum gündür. DOGRUSOZTV.AZ Oxu.Az-a istinadən xəbər verir ki, şəhid Sultan İbrahimov 1996-cı il aprelin 24-də Salyan şəhərində anadan olub. Kiçik gizir İbrahimov Sultan sentyabrın 27-dən etibarən işğal altında olan torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla mübarizə aparıb.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda […]

Teymur Musayev kollektivə təqdim edildi

Aprelin 24-də Azərbaycan Respublikası Baş Naziri Əli Əsədov Səhiyyə nazirinin birinci müavini Teymur Musayevi nazirliyin kollektivinə təqdim edib. Tədbirdə nazirliyin kollegiya üzvləri iştirak ediblər. Ə.Əsədov çıxış edərək dövlət başçısının aprelin 23-də imzaladığı sərəncamları diqqətə çatdırıb. Teymur Musayevi təyinat münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Teymur Musayev bir […]

Azərbaycandan ABŞ administrasiyasına MESAJ

“Qondarma və saxta erməni soyqırımı ilə bağlı Azərbaycanın qəti və birmənalı mövqeyi hər kəsə bəllidir. Əgər ABŞ-ın yeni administrasiyası tərəfindən belə bir addım atılacaqsa, bu, tarixi səhv olacaq”. Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. H. Hacıyev “ABŞ tərəfindən […]

Daxili İşlər nazirliyinə daha bir səlahiyyət verildi

Nazirlər Kabineti beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərə münasibətdə müvafiq normativ aktlarında dəyişikliklər edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən Doğrusöztv.Az-a verilən məlumata görə, “Avtomobil nəqliyyatı haqqında” Qanuna dəyişiklik edilərək, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər Nazirlər Kabineti tərəfindən peşə fəaliyyətinə və davranışına, […]

HƏBS EDİLƏN BAŞ HƏKİM GENERALIN QOHUMUDUR – FOTO

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun qanunsuz əməlləri ifşa edilib və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Unikal.org-un isə əldə etdiyi məlumata görə, İmran Ağayev Fövqəladə Hallar nazirinin müavini general-leytenant Faiq Tağızadənin qohumudur.

İsveçrənin Azərbaycandakı investisiyaları qeyri-neft sektorunda cəmləşib – Nazirlik

İsveçrənin Azərbaycanda investisiyaları qeyri-neft sektorunda cəmləşib. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə İsveçrə İqtisadiyyat, Təhsil və Elm Nazirliyindən bildiriblər. Nazirlikdən deyiblər ki, Azərbaycan şirkətləri ilə biznes aparılması və bu ölkəyə investisiya qoyulması barədə qərarın icrası İsveçrənin özəl sektorunun öhdəsinə düşür. Qeyd olunub ki, Azərbaycanla iqtisadi əməkdaşlıqla bağlı İsveçrənin İqtisadiyyat üzrə Dövlət […]

Hacıqabulda yeni məktəb tikintisi ilə bağlı 1,5 milyon manat ayrıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev Hacıqabul şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Doğrusöztv.Az-ın məlumatına görə, sərəncama əsasən, Hacıqabul şəhərində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin […]