DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib

Hazırda paytaxda, eləcə də respublikanın bir sıra bölgələrində yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (DYP) xəbərdarlıq yayıb. Bildirilib ki, xüsusilə, gecə və səhər saatlarında çiskinli hava yollarda görünüş məsafəsini məhdudlaşdırır və sürücülərə ciddi çətinliklər yaradır. […]

FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir sıra bölgələrdə müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 28-i axşamadək davam edəcəyi, bəzi ərazilərdə, o cümlədən iyunun 27-dən 28-nə keçən gecə Bakıda […]

Həftəsonu Bakı və bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

İyunun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb. Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Gəncə, Ağstafa, Qazax, Naftalan, Goranboy, Daşkəsən, Neftçala, Salyan, Şirvan, Şabran, Xızı, Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 […]

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təbrikdə deyilir: Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər! Sizi 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə səmimi-qəlbdən təbrik […]

Azərbaycan neftinin qiyməti 1 %-dən çox artıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,99 ABŞ dolları və ya 1,3 % artaraq 77,37 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 73,24 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir. Yürüşün önündə Azərbaycan əsgəri addımlayıb. Şəxsi heyət hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə yürüş edir. Hərbi vətənpərvərlik mahnıları, qələbə marşının sədalarını yerli sakinlər və şəhərin qonaqları maraqla izləyib. Azad Xankəndi torpağında yürüş […]

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa […]

Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fərid Əhmədov 3 iyul 2026-cı il tarixində Balakən rayonunda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayon sakinlərini qəbul edəcək. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 2 iyul tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 […]