ISNA: Tehrandakı su böhranı düşünüldüyündən daha ciddidir

Tehrandakı su böhranı düşünüldüyündən daha ciddidir. Bu barədə ISNA məlumat yayıb. “Paytaxtda əhalinin artımı, tikinti və şəhərin inkişafı səbəbindən resurslar və istehlak arasında ciddi disbalans yaranıb”, – məlumatda bildirilib. Qeyd olunub ki, dayanıqlı su təchizatını təmin etmək üçün Tehranın ildə 280 mm yağıntıya ehtiyacı var: “Tehranda 36 min qanunsuz abonent […]

Emi Karlon: Azad edilmiş ərazilərə səfərlər ABŞ-Azərbaycan əməkdaşlığının genişlənməsinə dəstəkdir

Azad edilmiş ərazilərə səfərlər müxtəlif sahələrdə ABŞ-Azərbaycan əməkdaşlığını genişlənməsinə dəstək verir. Bu barədə ABŞ-nin Bakıdakı səfirliyinin “X” hesabında paylaşım edilib. Qeyd edilib ki, mayın 1-2 tarixlərində müvəqqəti işlər vəkili Emi Karlon Azərbaycan hökuməti tərəfindən təşkil olunmuş rəsmi səfər çərçivəsində diplomatik korpusun üzvləri ilə birlikdə Xocalı, Xankəndi, Şuşa və Laçına səfər […]

Bir qrup xalçaçı “Tərəqqi” medalı ilə təltif edilib – SƏRƏNCAM

Azərbaycanın bir qrup xalçaçısı “Tərəqqi” medalı ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Təltif edilən xalçaçılar: Ağalıyeva Neva Şahpələng qızı Babayeva Aidə Elman qızı Babayeva Ceyhunə Zakir qızı Eyyubova Raya Şahvələd qızı Əbilova Nazilə Əlisəfa qızı Əhmədova Şəfiqə Məzəddin qızı Əkbərova İradə Xanağa qızı Ələkbərova Vüsalə Mərifət […]

BƏƏ XİN: İran Hörmüz boğazında tankerə PUA ilə hücum edib

İran hərbçiləri Hörmüz boğazında ADNOC şirkətinin tankerinə iki pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib, xəsarət alan yoxdur. Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkələrdəki məlumatında bildirilib. “BƏƏ ADNOC-a məxsus milli tankerə Hörmüz boğazından keçidi zamanı edilən hücumu qınayır”, – məlumatda qeyd olunub.

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib – YENİLƏNİB

Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib. Prezident İlham Əliyevin çıxışı Prezident Koştanın Azərbaycana iki aydan az vaxt əvvəl etdiyi səfəri zamanı biz Zirvə görüşündə iştirakımı müzakirə etdik və razılaşdıq ki, mən tədbirə videobağlantı formatında qoşulacam. […]

Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda səfərdə olan Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 4-də Fəxri xiyabanı ziyarət edib. Mümayəndə heyətinin üzvləri xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər qoyublar.