Pakistan XİN başçısı Azərbaycanla birgə investisiya layihələrini müzakirə edib

Oxunma vaxtı:29 Saniyə

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanla investisiya layihələrinin müzakirə olunduğu idarələrarası görüş keçirib.

Bu barədə “Report” Pakistan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

Yüksək vəzifəli şəxslər müxtəlif istiqamətlərdə işlərin gedişatı barədə məlumat veriblər.

XİN-in məlumatında bildirilib ki, Məhəmməd İshaq Dar infrastruktur, neft sənayesi, ticarət və informasiya texnologiyaları sahələrinə investisiya qoyuluşu ilə bağlı təkliflərin hazırlanmasını 2025-ci il aprelin 3-dək tamamlamağı tapşırıb.

“Baş nazirin müavini həmçinin təsdiq edib ki, Pakistan və Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi hökumətin prioritetlərindən biri olaraq qalır”, – XİN-də qeyd ediblər.

Loading

Next Post

Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,23 ABŞ dolları, yaxud 0,3 % azalaraq 76,06 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 74,49 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light […]