Zakir Həsənov döyüş mövqelərinə getdi – Tapşırıqlar verdi (VİDEO)

alfonsonri
Oxunma vaxtı:46 Saniyə

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşən döyüş mövqelərində xidmət edən şəxsi heyətlə görüşüb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Sonra general-polkovnik Z.Həsənov müşahidə məntəqələrində olarkən qarşı tərəfin fəaliyyətini izləyib, optik müşahidə cihazları və texniki vasitələrin imkanlarını sınayıb.

Yerləşmə məntəqələrində yaradılan şəraitlə tanış olan nazirə məruzə edilib ki, burada döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılmasını təmin etmək məqsədilə bütün lazımi infrastruktur yaradılıb.

Sonda müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi və dayanıqlı müdafiənin təmin edilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Loading

Next Post

Azərbaycanda DƏHŞƏT: Kişi arvadını öldürüb intihar etdi (YENİLƏNİB)

İyunun 17-də İmişli rayonu ərazisində 1988-ci il təvəllüdlü Turan Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İmişli rayon prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1983-cü il təvəllüdlü Mehbalı Əhmədovun aralarında yaranmış münaqişə zamanı Turan Mustafayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə daha sonra özünə bıçaqla […]