Prezident BU QURUMLARI ƏDV-dən azad etdi – SİYAHI

Prezident İlham Əliyev 30 iyul 2020-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edib. Sonxeber.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü […]

SON DƏQİQƏ: Kəmaləddin Heydərov məşhur generalları işdən çıxardı – YENİ TƏYİNATLAR

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişiklikləri baş tutub. Manset.az-ın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Şahmar Paşayev tutduğu vəzifəsindən azad edilərək, FHN-in Bakı Regional Mərkəzinin rəisi təyin edilib. Nazirin digər əmri ilə, FHN-in Bakı Regional Mərkəzinin rəisi, general-mayor […]

İşğal olunan Laçın və azad edilən Laçın – ŞƏRH + FOTO

Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana təhvil verilməsi ərəfəsidir. Azərbaycan 10 Noyabr Bəyanatının 6-cı bəndində təsbit edilmiş nəticələrə vaxtından əvvəl çatır. 10 Noyabr Bəyanatından sonra Gorus-Xankəndi yoluna (keçmiş Laçın dəhlizi) alternativ marşrutun tikintisi üçün üç il nəzərdə tutulurdu, bu, Rusiya sülhməramlılarının dəhlizin keçdiyi Laçın şəhərindən və ətraf kəndlərdən çıxarılmasını […]

Qubadlı-Eyvazlı avtomobil yolu boyunca genişmiqyaslı tikinti işləri davam etdirilir – FOTO

Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri də Qubadlı-Eyvazlı avtomobil yoludur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, 28,5 km uzunluğa malik Qubadlı-Eyvazlı avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi […]

Çörəyin qiyməti niyə artdı? – AÇIQLAMA

Un istehsalçıları çörək və un məmulatlarının qiymətini 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək göstərilən səviyyədən yuxarı qalxmaması üçün bütün səylərini səfərbər edib və ötən dövr ərzində ərzaqlıq buğdanın qiymətində artımlar baş versə də, unun qiymətində artım olmayıb. Bununla belə, dünya bazarında, həmçinin əsas idxal bazarlarında taxılın qiymət dinamikasında artımın davam etməsi […]

FHN rəhbərliyi əhaliyə MÜRACİƏT ETDİ

Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi (FHN) əhaliyə müraciət edib. Sonxeber.az xəbər verir ki, Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev “Report”un Siyəzən rayonuna ezam olunmuş əməkdaşına bildirib ki, insanlar yanğın təhlükəsizliyinə riayət etməlidirlər. “Yanğınlar nəticəsində meşələrə, kənd təsərrüfatına və evlərə böyük ziyan dəyir. Bunların qarşısını almaq üçün insanlar diqqətli olmalıdırlar. Meşəlik ərzilərdə tələblərə […]

Siyəzənin icra başçısı yanğının səbəbini açıqladı – VİDEO

Siyəzəndə baş verən yanğın fərdi ev və təsərrüfatlara ziyan verməyib. Bunu jurnalistlərə açıqlamasında Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov deyib. İcra başçısı yanğının transformatordakı nasazlıq səbəbindən başladığını bildirib. “Ən çətin məsələ yanğının ucqarlar yerlərdə davam etməsidir. Ora texnika və canlı qüvvənin girə bilməməsi yanğının söndürülməsini çətinləşdirir”, – deyə N. […]

Bakıda tələbə polisi bıçaqlayıb – Məhkəmə işi

Bakıda bıçaqlanma hadisəsi törətmiş Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsi, Şuşa sakini, 2002-ci il təvəllüdlü Orxan Quliyevə (soyadlar şərtidir) hökm oxunub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2021-ci ilin oktyabrın 2-si saat 21:00 radələrində Binəqədi rayonu, Fatmayı bağlar massivi ərazisində yerləşən “Bulud” kafesinin yaxınlığında polis serjantı Elvin Rəcəbova bıçaqla […]