Üç ABŞ şirkəti Qarabağda layihələrdə iştirak edir – Səfir

ABŞ-dan üç şirkət Qarabağda layihələrdə iştirak edir. Doğrusöztv.Az bildirir ki, bunu bu gün ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger Trend-in sualını cavablandırarkən deyib. “Hesab edirəm ki, ABŞ şirkətlərinin Qarabağda iştirakı üçün çox imkanlar var. Amerika şirkətləri ən yaxşı texnologiyalara malikdir və ən qabaqcıl təcrübələrini təklif edə bilərlər” – deyə, E.Litsenberger bildirib.

Azərbaycanda polkovnik-leytenant vəfat etdi

Daxili İşlər Nazirliyi Daxili Qoşunların Mətbuat Xidmətinin keçmiş rəisi polkovnik-leytenant Təranə Məmmədova dünyasını dəyişib. T.Məmmədova bu gün Yasamal qəbiristanlığında dəfn olunub. Onun qan təzyiqindən əziyyət çəkdiyi bildirilib. Uzun müddət idi, müalicə olunurdu. Xatırladaq ki, T.Məmmədova 1992-2013-cü illərdə Daxili Qoşunlarda xidmət edib. ///lent.az

SON DƏQİQƏ: Ordumuz Qafanda İRƏLİLƏDİ: Bu kənddə də BAYRAĞIMIZ ASILDI

Azərbaycan tərəfi Ermənistanla sərhəddə mövqelərini möhkəmləndirdikcə, ermənilərin “ahu-zarı” göylərə bülənd olmağa başlayıb. Oxu24.com  xəbər verir ki, Çakatendə gömrük postu və Laçın dəhlizinə çıxış istiqamətində daha iki hərbi post quran Ordumuz, bununla bir sıra yeni üstünlüklər əldə edib. Çakaten yaxınlığında və Laçın dəhlizinə yaxın ərazidə hərbi postlar quran Azərbaycan Ordusu bununla […]

Bakıda Azərbaycan və Almaniyanın hərbi hüquq ekspertləri arasında görüş keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal Müdafiə Nazirliyi arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən noyabrın 15-də Bakıda iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin görüşü keçirilib. Doğrusöztv.Az xəbər verir ki, Müdafiə Nazirliyindən  verilən məlumata görə, “Hərbi hüquq üzrə ekspert görüşü”ndə hərbi qanunvericiliyə dair qarşılıqlı təcrübə mübadiləsi keçirilib, […]

Ağdam sakininin minaya düşərək həlak olması ilə bağlı cinayət işi açıldı

Noyabrın 15-də saat 17 radələrində 1980-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş Tağıbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Doğrusöztv.Az xəbər verir ki, Ağdam rayon prokurorluğundan  bildirilib ki, aparılmış araşdırmalarla Zaur Ağayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən […]

Mövcud gərginliyə görə başlıca məsuliyyət bilavasitə Ermənistanın üzərinə düşür – XİN

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Təhlükəsizlik Şurasının iclasında Baş nazir Nikol Paşinyanın söylədiklərini şərh edib. Doğrusöztv.Az-ın məlumatına görə, L. Abdullayeva bildirib ki, son zamanlar Ermənistan tərəfindən həyata keçirilən təxribatlara cavab olaraq, Azərbaycan tərəfindən müvafiq tədbirlər görülür. “Belə ki, ötən həftə, noyabrın 9-u […]

Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Fərmanda dəyişikliklər edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Doğrusöztv.Az  xəbər verir ki, Fərmanla qərara alınır: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası […]

Müdafiə Nazirliyindən erməni təxribatı barədə AÇIQLAMA

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü axşam saatlarından etibarən noyabrın 14-ü səhər saatlarınadək Basarkeçər rayonunun Yuxarı Şorca, Zərkənd, Əzizli və Cermuk yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə və İstisu yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi, qumbaraatan və müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə […]

Şuşada terrorçunun qumbara partlatdığı yerdən yeni görüntülər – VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün erməni terrorçu Norayr Mirzoyan Şuşa yaxınlığında əl qumbarası ilə təxribat törədərək üç azərbaycanlı hərbçimizi yaralayıb. Milli.Az xəbər verir ki, AzTV-nin əməkdaşları hadisənin baş verdiyi ərazidən süjet hazırlayıblar. Süjetdə təxribat törədilmiş yerdən son məlumatlar çatdırılıb.