Ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün nəşr edilən qabiliyyət imtahanlarının Təsviri sənət, Memarlıq, Musiqi sənəti, Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları çap edilib. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat […]
Bayden İlham Əliyevi təbrik etdi
Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Bayden Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Amerika xalqı adından Sizi və Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib. Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı […]
Bu yolda hərəkət tam məhdudlaşdırılacaq
Sabah saat 08:00-dan 22:00-a qədər Bakının Azadlıq prospektinin yan yolunda (Ziya Bünyadov prospektindən Nəcəf Nərimanov küçəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. “Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək müvəqqəti […]
Nazirlikdən BVF-nin Bakı ofisinin bağlanması ilə bağlı açıqlama
Maliyyə Nazirliyi Beynəlxalq Valyuta Fondunun Bakı ofisinin bağlanması qərarına münasibət bildirib. Nazirliyin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev “Qafqazinfo”ya Beynəlxalq Valyuta Fondunun iyun ayının sonundan etibarən Azərbaycandakı ofisinin bağlanması ilə bağlı məktubu aldıqlarını təsdiqləyib və Fondun bu qərarını təbii qarşıladıqlarını bildirib. Qeyd olunub ki, 1992-ci […]
“Dedi ki, onu öldürdüm, məni polisə təslim et” – Rəşad Dağlının qardaşı
Qəsdən adam öldürməyə görə tutulan tanınmış meyxanaçı Rəşad Dağlının (Əmirov) məhkəməsi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda Rəşad Dağlının qardaşı Ağamalı Əmirov dindirilib. O bildirib ki, Rəşad Dağlının meneceri kimi fəaliyyət göstərib: “İsgəndəri Ələkbər Yasamallının qohumu kimi tanıyırdım. Şəxsi tanışlığım yox idi. Bir neçə […]
“Sülh istəyirsə, niyə 100 milyonlarla dollarlıq silah alır?!”
“Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir”. Bu barədə Prezident İlham Əliyev bu gün Hindistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən bildirib. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlət başçısı qeyd edib ki, əgər doğrudan da […]
“Sığorta şirkətləri genişmiqyaslı hücuma hazırlaşır”
“Evlərin icbari sığortalanması məsələsi yenidən gündəmə gəlib. Mətbuatda gedən məlumata görə, iyun ayının 1-dən yeni elektron sistemin işə düşməsindən sonra sığortasız evlər avtomatik cərimələnəcək. Əslində daşınmaz əmlakın məcburən sığortalanması tələbi qanunvericilikdə çoxdan nəzərdə tutulub”. Bu sözləri iqtisadçı Samir Əliyev “Sığorta şirkətləri genişmiqyaslı hücuma hazırlaşır və ya evlərin icbari sığortası barədə” […]
Həftəsonu rayonlarda hava necə olacaq?
İstirahət günlərində (mayın 20-21-də) milli parklarda gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Samur–Yalama milli parkında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 4-7 °isti, gündüz 13-16° isti olacaq. Altıağac milli parkında havanın əsasən yağmursuz, […]
Vəzifəli şəxs əri tərəfindən aldadıldı – 1 milyonluq dələduzluq
Azərbaycan Atletika Federasiyasının Qadınlar Komitəsinin sədri Elvira Salyamova həyat yoldaşı tərəfindən dələduzluğa məruz qalıb. “Qafqazinfo”nun məlumatına görə, 1970-ci il təvəllüdlü İqbal Həsənli arvadı da daxil olmaqla qohumlarına qarşı külli miqdarda dələduzluq edib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Zərərçəkmişlərə ümumilikdə 1 milyon manata yaxın ziyan vuran İqbal Həsənliyə 8 il 6 […]
Bayramov Moskvada Lavrovla görüşdü – Video – Yenilənib
Moskvada səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb. Görüş Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evində keçirilir. Qeyd edək ki, mayın 18-də xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə gedib. Səfər çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə […]