Martın 30-u saat 21:25 radələrində Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində yenidən kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edib.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdinin qarşısı alınıb. […]
XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat
Xarici İşlər Nazirliyi (XİN) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.Həmin bəyanatı təqdim edirik: “Bu gün, radikal erməni qruplaşmaları tərəfindən ötən əsrdə dinc azərbaycanlılara qarşı törədilmiş ən böyük soyqırımlardan biri olan, minlərlə həmvətənimizin etnik və dini zəmində amansızlıqla qətlə yetirildiyi 1918-ci il mart soyqırımından 107 il ötür. […]
İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi – Foto
Azərbaycan Prezidenti İlham Əliyev 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib. Dövlət başçısı bununla bağlı sosial şəbəkə hesablarında foto paylaşıb:
Ərdoğan İlham Əliyevi təbrik etdi
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Məktubda deyilir “Hörmətli Prezident, Əziz Qardaşım. Zati-alinizin Ramazan bayramını səmimi-qəlbdən təbrik edirəm. İslam aləminə və bütün bəşəriyyətə sülh, əmin-amanlıq gətirməsini arzu etdiyim mübarək bayramımız münasibətilə Cənabi-Haqqdan həmrəyliyimizi və birliyimizi gücləndirməsini diləyirəm. Xalqım adından və öz adımdan Zati-alinizə cansağlığı, xoşbəxtlik, […]
“Qəzzada 50 günlük atəşkəs müzakirə olunur” – KİV
Qətər və Misir Qəzza zolağında HƏMAS hərəkatı və İsraillə məsləhətləşmələr aparır. Bu barədə “Asharq” telekanalı mənbələrə istinadən məlumat yayıb. “Misir və Qətər nümayəndə heyətləri Ramazan bayramı öncəsi Qəzza zolağında müvəqqəti atəşkəsə nail olmaq üçün danışıqlar aparır”, – kanalın həmsöhbətləri bildirir. Məlumata görə, “yeni təklif bir neçə fələstinli məhbusun əvəzində beş […]
İki gümüş səkkizguşəli ulduz: “İstiqlal” ordeni kimlərə verilir? – SİYAHI
Prezident İlham Əliyevin sərəncamı ilə Şəfiqə Məmmədova “İstiqlal” ordeni ilə təltif edilib. Xalq artisti sabah 80 yaşını qeyd edəcək. Bir çox film və tamaşada rol alan Şəfiqə Məmmədov bu gün dövlət başçısının qəbulunda olub və Prezident İlham Əliyev ona “İstiqlal” ordenini təqdim edib.Şəfiqə Məmmədov “İstiqlal” ordeni ilə təltif edilən 73-cü […]
İzmirdə kimya zavodunda partlayış baş verib, ölən və yaralananlar var
Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində kimya zavodunda partlayış və yanğın baş verib. Bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilir ki, partlayış və yanğından sonra bir nəfər ölüb, dörd nəfər isə ağır yaralanıb. Yanğın söndürülüb. Hadisə ilə bağlı araşdırma başlanılıb.
BDYPİ dumanlı havaya görə sürücülərə xəbərdarlıq edib
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib.Xəbərdarlıqda qeyd olunub ki, hazırda dumanlı hava şəraiti ilə əlaqədar bir sıra magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşıb. “Dumanlı hava sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan […]
İlham Əliyev Şəfiqə Məmmədovaya “İstiqlal” ordenini təqdim edib – YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev martın 29-da Şəfiqə Məmmədovanı qəbul edib və ona “İstiqlal” ordenini təqdim edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *** Xalq artisti Şəfiqə Haşım qızı Məmmədova “İstiqlal” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Ş.Məmmədova Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə mükafata […]
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,01 ABŞ dolları, yaxud 0,01 % azalaraq 76,05 ABŞ dolları təşkil edib.Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 74,49 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı […]