Biz daxili istehsalı və qeyri-neft sektorunu stimullaşdırırıq. Mən həm “Aqro Dairy”da, həm də burada – “Azərsun” aqroparkında onları idarə edən şəxslərə tövsiyə etmişəm ki, azad olunmuş torpaqlarda, Qarabağda buna oxşar təsərrüfatlar yaradılsın və bu istiqamətdə ilkin addımlar atılmaqdadır. Doğrusöztv.Az-ın məlumatına görə, bunu aprelin 20-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində […]
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq
May ayının sonuna qədər Ağdam şəhərinin baş planının ilkin versiyası təqdim olunacaq. Doğrusöztv.Az-ın məlumatına görə, bunu aprelin 20-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib. Dövlət başçısı bildirib: “Bütün şəhərlərin baş planları hazırlanır. Hesab edirəm ki, bu, ilk növbədə, Ağdam şəhərini əhatə edəcək. Ümid edirəm, may ayının sonuna qədər Ağdam […]
Prezident İlham Əliyev: Bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir
Bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir. Doğrusöztv.Az-ın məlumatına görə, bunu aprelin 20-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib. Dövlət başçısı bildirib: “Yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, magistral yolumuz, eyni zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, […]
Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq
Azad edilmiş ərazilərin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq. Doğrusöztv.Az-ın məlumatına görə, bunu aprelin 20-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib. Dövlət başçısı bildirib: “Əsas infrastruktur layihələrinə start verildi. Bu haqda mən dəfələrlə Azərbaycan ictimaiyyətini məlumatlandırmışam. Azad edilmiş ərazinin elektrik təchizatı hesab edirəm ki, bu ilin sonuna […]
Prezident İlham Əliyev: Hacıqabul rayonunda həyata keçirdiyimiz işlərin nəticələrini görürük
Hacıqabul rayonunda həyata keçirdiyimiz işlərin nəticələrini görürük. Doğrusöztv.Az-ın məlumatına görə, bunu aprelin 20-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib. Dövlət başçısı bildirib: “Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. Bu proqram çərçivəsində, o cümlədən Hacıqabul rayonunda böyük işlər görülmüşdür. Bütün ölkə üzrə böyük işlər görülmüşdür. Hacıqabulda […]
Prezident İlham Əliyev Hacıqabul rayonuna səfər edib (FOTO/VİDEO)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Hacıqabul rayonuna səfər edib. Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonda görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyev Hacıqabulda “Qarasu” yarımstansiyasının istismara verilməsi tədbirində iştirak edib
Aprelin 20-də Hacıqabulda 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyası istismara verilib. Doğrusöztv.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına yarımstansiyada yaradılan şərait barədə məlumat verdi.
Prezident İlham Əliyev Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirak edib
Aprelin 20-də Hacıqabulda “Azersun Şamaxı Aqropark”ın açılışı olub. Doğrusöztv.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, müəssisə 2 hissədən – əkin sahələri və heyvandarlıq kompleksindən ibarətdir. Heyvandarlıq kompleksində 5 min baş iribuynuzlu heyvan saxlanılır. Aqroparka məxsus 4200 hektar əkin sahəsində […]
Suraxanıda vəzifəli şəxs işdən çıxarıldı – Xəyanətə görə…
Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının prezidenti Rövşən Quliyev qurumun vitse-prezidenti Elmar Hüseynovu xəyanətdə ittiham edərək vəzifəsindən azad edib. Bu barədə Unikal.org-a açıqlama verən R.Quliyev bildirib ki, çıxarılan E.Hüseynovun yerinə hələ ki, təyinat yoxdur. Qeyd edək ki, Elmar Hüseynov Suraxanı Rayonu İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiridir.
Altı ay komada qalan daha bir hərbçimiz şəhid oldu – FOTO
Vətən müharibəsində yaralanan daha bir hərbçimiz şəhidlik zirvəsinə ucalıb. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, Əbilov Nurlan Fərrux oğlu 190 gün komada qaldıqdan sonra bu gün səhər saatlarında vəfat edib. Qeyd edək ki, Əbilov Nurlan Vətən müharibəsi başlayan zaman ordu sıralarına könüllü olaraq qoşulub. Oktyabrın 8-də Füzuli istiqamətində gedən döyüşlərdə […]