2026-cı ilə qədər xarici investorların (o cümlədən Türkiyə, BƏƏ, İtaliya, Böyük Britaniya və Rusiyadan) fəal cəlb edilməsi hesabına Qarabağdakı layihələrə ayrılan investisiyaların təxminən 10 milyard dollar (ÜDM-in 18%-i) səviyyəsində planlaşdırılır. Bunu Rusiyanın “Qazprombank” bankının Təhlil şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib. “İnfrastrukturun və sosial əhəmiyyətli […]
Kılıçdaroğlunun fotosu müzakirələrə səbəb oldu- Türkiyədə seçki öncəsi qalmaqal
Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərinə namizəd qismində qatılan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu ilə bağlı böyük qalmaqal yaşanır. İstanbulda bir iftar proqramından sonra çəkilən fotoda Kılıcdaroğlunun ayaqqabı ilə səccadənin üzərində durduğu görünür. Onun yanında isə CHP-nin İstanbul şöbəsinin sədri Canan Kaftançıoğlu və partiyanın digər mənsubları var. Foto […]
Ordumuz Laçında nəzarətə götürdüyü ərazilərdə belə möhkəmlənir- VİDEO
Azərbaycan ordusunun Laçın istiqamətində nəzarətə götürdüyü ərazilərdə möhkəmlənməsinin yeni videosu yayılıb. Görüntülər teleqram kanallarında paylaşılıb. Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb. Ordumuz hazırda həmin ərazilərdə mühəndis işləri […]
Zelenski Rusiya Maliyyə Nazirliyinə sanksiya tətbiq etdi
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti və Maliyyə Nazirliyinə qarşı 10 il müddətinə sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb. Fərman Ukrayna Prezidentinin ofisinin saytında dərc olunub. Sənədə əsasən, Rusiya Federasiyası Prezidentinin Xüsusi Proqramlar üzrə Baş İdarəsinə, Federal Maliyyə Monitorinqi Xidmətinə, RF Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Texnologiyalar […]
Əhməd İsmayılov: “Vergi Məcəlləsinə dəyişiklik mediamızın iqtisadi müstəqilliyini gücləndirəcək”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu təsdiq edib. Beləliklə, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin […]
Üç qurum birləşdirildi: Su problemi həll ediləcək? – FOTO
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. Xatırladaq ki, Prezident İlham Əliyev su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Fərmanla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan […]
Kuleba BMT TŞ-ni tənqid etdi
Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi beynəlxalq ictimaiyyətin üzünə vurulan sillədir. Bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba Tvitterdə yazıb. “Mən BMT TŞ-nin hazırkı üzvlərini Rusiyanın öz prezidentliyindən sui-istifadə etmək cəhdlərinin qarşısını almağa çağırıram”, – Kuleba vurğulayıb. Qeyd edək ki, bu gün BMT TŞ-yə sədrlik Rusiyaya keçib.
Səsvermə bülletenində Ərdoğanın adı birinci yazılacaq
Türkiyənin Ali Seçki Şurası (MSK) qarşıdakı prezident seçkiləri üçün səsvermə bülletenlərində namizədlərin adlarının yer alacağı sıranın müəyyən edilməsi üzrə püşkatma keçirib. Püşkatmanın nəticəsinə əsasən, Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı bülletendə birinci yazılacaq. İkinci yerdə Məmləkət Partiyasının sədri Muharrem İncenin, üçüncü yerdə Millət İttifaqının namizədi və Cümhuriyyət Xalq Partiyasının […]
Şahin Bağırov rəisi nöqsanlara görə İŞDƏN ÇIXARDI
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin rəisi, gömrük xidməti polkovniki Rafiq Cəlal oğlu Fətullayev nöqsanlara görə işdən azad edilib. “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK-nin sədri Şahin Bağırov əmr imzalayıb. R. Fətullayevin müavininə və tabeliyində olan bəzi işçilərə isə töhmət verilib.
İranın casus şəbəkəsinə qarşı əməliyyat – 8 nəfər tutuldu
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir. Dogrusoztv.az xəbər verir ki, bu barədə “MOUZE” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, İranın molla rejiminə xidmət edən daha bir neçə dindar saxlanılıb. Onlar – Lənkəran sakinləri Hacı Zaman, Hacı İlqar, Xırdalan sakini Zakir Məmmədov, Bakının Fatmayı kənd sakini Elnur Quliyev, Rza […]