Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışını edib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzində (EŞİTM) müxtəlif gücdə transformatorlar, 35 kV-luq yeni yarımstansiya inşa olunub, müasir standartlara […]
Türkiyə PKK-nın PUA istehsalçısını MƏHV ETDİ
Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) İraqın şimalındakı Qara bölgəsində keçirdiyi əməliyyat çərçivəsində PKK/KCK-nın xüsusi təyinatlı aviasiya bölməsinin səlahiyyətli şəxslərindən biri, Dəniz Bahri kod adlı Tekin Okan zərərsizləşdirilib. Zərərsizləşdirilən şəxsin 2018-ci ildə Şırnak şəhər mərkəzinə, 2021-ci ilin əvvəlində isə Diyarbəkir və Batman hava limanına PUA-larla hücumlarını idarə etdiyi qeyd olunub. Onun […]
Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub – FOTO
Mayın 9-da Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına küçədə aparılacaq bərpa-yenidənqurma işləri, yaradılacaq ictimai-iaşə obyektləri barədə məlumat verib. Bildirilib ki, küçənin uzunluğu 714 metr, eni isə 11 metrdir.
İlham Əliyev və Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 9-da Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak ediblər. Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin və Atatürk küçəsinin lövhəsinin açılışını edib. Dövlətimizin başçısına Qarabağ və Sadıqcan küçələrində görüləcək işlər barədə məlumat verilib. Prezident […]
ABŞ səfirliyindən gözlənilən Əliyev-Paşinyan görüşünə MÜNASİBƏT
ABŞ-nin Bakıdakı səfirliyi Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilməsi gözlənilən görüş barədə açıqlama yayıb. ABŞ səfirliyi mayın 14-də keçiriləcək görüşlə bağlı xəbəri alqışladığını bildirib. “Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının Prezidenti Şarl Mişel arasında keçiriləcək […]
Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bulvarda konsert və atəşfəşanlıq olacaq
Sabah – mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Bakı bulvarında (Dənizkənarı Milli Parkda) konsert proqramı təşkil olunacaq. Hazırda konsertlə əlaqədar “Saat qülləsi” yaxınlığında səhnə quraşdırılır. Konsert proqramı saat 20:00-da başlayacaq. Tədbirin sonunda isə atəşfəşanlıq olacaq.
Birinci vitse-prezident Mehriban Əliyevadan Qələbə Günü təbriki – FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə veteranları təbrik edib. Bununla bağlı Birinci vitse-prezident sosial şəbəkədə paylaşım edib. “Faşizm üzərində Qələbə Günü münasibətilə bütün veteranlarımızı təbrik edir, hər bir vətəndaşımıza möhkəm cansağlığı, ölkəmizə sülh və tərəqqi arzulayıram!” – paylaşımda deyilir.
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
Bu gündən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır. Dünəndən festival iştirakçıları artıq Şuşaya gəlməkdədirlər. Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq […]
İlham Əliyev Faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib – FOTO
Azərbaycan Prezidenti İlham Əliyev 9 May – Faşizm üzərində Qələbə Günü ilə bağlı rəsmi “Twitter“ hesabında paylaşım edib. Mətndə deyilir: “9 may – II Dünya müharibəsində faşizm üzərində qələbə münasibətilə Azərbaycan veteranlarını təbrik edirəm!“
Faşizm üzərində qələbədən 78 il ötür
Bu gün faşizm üzərində qələbənin 78 ili tamam olur. 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman feldmarşalı Vilhelm Keytel qeyd-şərtsiz təslim aktını imzalayıb, bununla da İkinci Dünya müharibəsində faşizm üzərində qələbə qazanılıb. Qələbə Günü postsovet ölkələri və İkinci Dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur. İkinci Dünya müharibəsində […]