“Ermənistan rəhbərliyi öz ölkəsində tam olaraq hakimiyyətə malik deyil, çünki Ermənistanın hakim elitası hər hansı ciddi qərar qəbul etmək üçün ayrı-ayrı xarici dairələrə, o cümlədən Moskvaya hesabat verməlidir”. Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının “Aktualno seqodnya” (“Bu gün aktualdır”) verilişində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat […]
Almaniyada məscidə hücum edən şəxs Quranı yandırmağa cəhd etdi
Almaniyanın Saksoniya əyalətində yerləşən Drezden şəhərindəki Türk-İslam Dini İşlər Birliyinə (DİTİB) bağlı olan Fatih məscidinə hücum edilib. Məscidə daxil olan şəxs Quranın yerləşdiyi kitabxanaya tez alışan maddə tökərək yandırıb. Fatih Məscidi Dərnəyinin sədri Ramazan Yıldırım verdiyi açıqlamada, kimliyi müəyyən edilən təcavüzkarın benzin töküb Quranı yandırmağa çalışdığını, məsciddəki din məmurunun hadisəni […]
Mehriban Əliyeva “Xarıbülbül” festivalından paylaşım etdi – Video
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Şuşa şəhərində start götürən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı ilə bağlı paylaşım edib. Həmin paylaşımı təqdim edirik:
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz ağır yaralanıb
Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu […]
Ümummilli liderin neft-qaz sahəsinə olan diqqətini əks etdirən videoçarx hazırlanıb
Azəriqaz İB tərəfindən Ümummilli Liderin neft-qaz sahəsinə olan diqqətini əks etdirən videoçarx hazırlanıb. Sözügedən videoçarxı təqdim edirik:
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışında iştirak ediblər. Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci vitse-prezidentə görülən işlər barədə məlumat verib. Bildirilib ki, Şuşa şəhərindəki Yaradıcılıq Mərkəzinin hazırkı binası […]
İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri ulu öndərin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər. Burada fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin […]
Heydər Əliyev və xanımı da Şuşada – VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri Şuşa şəhərinə səfər ediblər. İlk dəfə Şuşaya Prezidentin oğlu Heydər Əliyev də öz xanımı ilə gəlib.
Şuşada Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı oldu
Mayın 10-da Şuşada Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər. Dövlət başçısına və birinci xanıma küçələrdə görüləcək işlər barədə məlumat verildi. Bildirildi ki, Heydər Əliyev küçəsinin uzunluğu 1751 metr, eni isə yol […]
Şuşada 17 binadan ibarət yaşayış kompleksinin təməli qoyuldu
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşa şəhərində 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər. Dövlət başçısına və birinci xanıma kompleksdə görüləcək işlər barədə məlumat verilib. Bildirilib ki, Şuşa şəhərinin Baş planına uyğun olaraq, D4 zonasında 4,25 hektar […]