Türkiyədə prezident seçkiləri ikinci tura qalıb. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener deyib. Seçkilərin ikinci turu mayın 28-i baş tutacaq. Səslərin hesablanmasına görə, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce […]
Naxçıvana hərbi prokuror təyin edildi
Naxçıvana hərbi prokuror təyin edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Aqil Axundova Naxçıvan hərbi prokurorunun vəzifəsinin icrası həvalə olunub. Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiq ediblər.
İmran Xanın həyat yoldaşı da sərbəst buraxıldı
Pakistanın Lahor şəhərinin məhkəməsi ölkənin keçmiş Baş naziri İmran Xanın həyat yoldaşı Büşra Bibini də azadlığa buraxıb. Dogrusoztv.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Büşra Bibi girov müqabilində mayın 23-nə qədər sərbəst buraxılıb. Girovun məbləği açıqlanmayıb. Qeyd edək ki, İmran Xan və həyat yoldaşı korrupsiyada ittiham olunurlar. İttihamlara görə, onlar […]
Sərnişinin vəziyyəti pisləşdi – Təyyarə təcili eniş etdi
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2-9003 nömrəli Bakı-Ankara reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib. Bu barədə AZAL-dan bildirilib. “Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub. Təyyarə yerli vaxtı ilə saat 12:23-də Tbilisi hava limanına […]
Terrorçunun yerinə səs vermək istədi, saxlanıldı
Türkiyənin Siirt vilayətində bir neçə il əvvəl zərərsizləşdirilən terrorçunun əvəzinə səs verməyə cəhd edən bir nəfər saxlanılıb. “Dogrusoztv.az” “Hürriyet”ə istinadən xəbər verir ki, Z.Ç. adlı sözügedən bu şəxsin 2020-ci ildə təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilən PKK terror təşkilatının üzvü Ravşan Aşkaranın qardaşının həyat yoldaşı olduğu məlum olub.Ətraflı Məlumata görə, Z.Ç. həm […]
Bayden Türkiyədəki seçkilərdən DANIŞDI
ABŞ prezidenti Co Bayden Türkiyədə keçirilən seçkilərlə bağlı mətbuat mənsublarına qısa açıqlama verib. Velosiped turu zamanı Türkiyə seçkiləri ilə bağlı verilən sualı cavablandıran Bayden, “Ümid edirəm ki, kim qalib gəlibsə, o qazanıb. Hazırda dünyanın o hissəsində kifayət qədər problem var”,- deyib.
Dövlət başçısı Ərəb Parlamentinin prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Avtobuslarda gediş haqqı artacaq? – Rəsmi AÇIQLAMA
Son günlərdə müxtəlif kütləvi informasiya vasitələrində Bakı şəhərinin inzibati ərazisində avtobus xidməti göstərən daşıyıcıların müvəqqəti istismarında olan sərnişin avtobuslarında gediş haqqı qiymətlərinin artırılacağı ilə bağlı məlumatlar yayılıb. Bakı Nəqliyyat Agentliyi (BNA) avtobuslarda gediş haqların artırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. BNA-nın mətbuat katibi Mais Ağayev “Trend”ə bildirib ki, paytaxtda […]
Türkiyə prezident seçkilərində xaricdə verilən səslərin 85 faizi hesablanıb
Türkiyə prezident seçkilərində xaricdə səsvermə qutularının 85,52 faizi açılıb. Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Səsvermədə 50,58 faiz seçici iştirak edib.Səsvermə hüququndan 3 416 086 seçicidən 1 343 352 nəfəri istifadə edib, 1 331 645 səs etibarlı sayılıb.
Birinci siniflərin məktəb seçiminə başlanılır
Bu gündən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunda Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb seçimi) həyata keçiriləcək. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, qəbul prosesi mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Həmçinin mayın 31-də saat 18:00-a qədər dövlət ümumi təhsil müəssisələrinin tədris […]