İldırım vurması nəticəsində həlak olan hərbçiyə şəhid statusu veriləcək – RƏSMİ

alfonsonri

Azərbaycan Ordusunun ildırım vurması nəticəsində vəfat edən əsgər Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək. Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib. “Qanunvericiliyə əsasən, xidmət vaxtı ildırım vurması nəticəsində vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək”, – qurumdan bildirilib.

“Ötən il ərzaq qiymətləri 20 faiz artıb” – Deputat

alfonsonri

“Azərbaycanda 2022-ci ildə qiymətlər 13,9 faiz, ərzaq qiymətləri isə 20 faiz artıb”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib. Deputat bildirib ki, çox işlənən qeyri-ərzaq məhsullarının qiyməti ərzağın qiymətindən bir neçə dəfə çox artıb: “Bizdə inflyasiya qlobal inflyasiyadan 1,5 dəfə […]

Sığortalı kreditləri də varislər ödəməlidirmi? – Deputatdan İZAH

alfonsonri

“Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinin şərhi ilə bağlı ünvanlanan sualların çoxluğunu nəzərə alaraq qeyd etmək istərdik ki, həyat sığortası ilə kredit götürmüş və ya əmlaka sahib olmuş şəxslərin varislərindən ödəniş tələb edilə bilməz”. Bunu deputat Vüqar Bayramov deyib. “Həyat sığortasının […]

Faciəvi şəkildə vəfat edən hərbçimizin FOTOSU

alfonsonri

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun əsgəri faciəvi şəkildə ölüb. Hadisə Daşkəsəndə qeydə alınıb. Belə ki, 20 yaşlı hərbi qulluqçu Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib. AzadMedia.az Azxeber.com-a istinadən ölən hərbçimizin fotosunu təqdim edir: Məqaləyə dair fotomateriallar:

Kərim Vəliyev Pakistanın komandanı ilə görüşdü – FOTOLAR

alfonsonri

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bu ölkənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Asim Munir ilə görüşüb. Bu barədəMüdafiə Nazirliyindən məlumat verilib. Görüşdən əvvəl rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra […]

Kılıçdaroğlu narahatdır – Video qalmaqalı böyüyür

alfonsonri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, prezidentliyə namizəd Kamal Kılıçdaroğlu ilə bağlı dedikləri gündəm olub. O, Kılıçdaroğlunun terrorçularla videosunun olduğunu deyib. “Kılıçdaroğlunun Kandildəkilərlə videoları var, bunları yayımladılar. Amma montaj, amma elə, amma belə… Terrorçuların liderləri video çəkərək CHP-yə dəstək verdi. İndi bunlar gənclərimizin iti zəka məhsulu […]

Türkiyə seçkiləri: Bu gün ölkə xaricində səsvermə başa çatır

alfonsonri

Bu vaxta qədər Türkiyə xaricində prezident seçkilərinin ikinci turu üçün 1 733 940 seçici səs verib. Dogrusoztv,az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Ali Seçki Komissiyası məlumat yayıb. Bildirilib ki, xaricdə səsvermə bu gün başa çatır. 28 may saat 17.00-a qədər gömrük məntəqələrindəki səsvermə prosesi isə davam edəcək. […]

Əsgərimizi ildırım vurub öldürdü

alfonsonri

Azərbaycanda əsgəri ildırım vuraraq öldürüb. “Unikal”ın əldə etdiyi məlumata görə, hadisə Gədəbəy rayonunda yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb. Sözügedən hərbi hissədə xidmət edən Bakı şəhər sakini 20 yaşlı Davud Məmmədli postda olan zaman ildırım vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib. “Unikal”