İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin paytaxt Bakıda yeni inzibati binası istifadəyə verilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni binanın açılışında iştirak edib. Qeyd edək ki, son illərdə paytaxtda modern üslubda tikilən çoxmərtəbəli binalar sırasına daha biri əlavə olunub. Ulu öndər Heydər Əliyevin adını daşıyan prospektdə ucaldılan yeni bina da […]
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bakının Nərimanov rayonunun Baksol yolunda aprelin 2-də saat 08:00-dan 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilir ki, buna səbəb dəmir yolu xətti üzərində aparılacaq təmir işləridir. Agentlik sürücülərə qeyd olunan vaxt kəsiyində alternativ yollardan istifadə etməyi tövsiyə edir.
Kamran Əliyev Ağcabədidə qəbul keçirəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il aprelin 7-də, saat 10:00-da Ağcabədi rayon prokurorluğunun inzibati binasında Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Xocavənd və Laçın rayon sakinlərinin qəbulunu keçirəcək. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və […]
“Azərbaycan Xankəndini Ermənistanla birləşdirən yolu nəzarətə götürüb” – Paşinyandan ETİRAF
“Ermənistan Dağlıq Qarabağa hərbi nəqliyyat həyata keçirmir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib. Baş nazirin sözlərinə görə, Azərbaycan yeni nəzarətə götürdüyü 2054 metrlik yüksəklikdən Xankəndini bir neçə kənd vasitəsilə Ermənistanla birləşdirən torpaq yolu birbaşa müşahidə altına alıb. Paşinyan qeyd edib ki, Ermənistan Qarabağa hərbi nəqliyyat daşımır: […]
Azərbaycanlıların kütləvi deportasiya və soyqırımına məruz qoyulması faktları əsasında cinayət işi başlanıb
Azərbaycanlıların kütləvi şəkildə deportasiya, təqib və soyqırımına məruz qoyulması faktları əsasında cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, “Qərbi Azərbaycan İcması” İctimai Birliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının müraciəti əsasında […]
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir: “31 Mart bütün insanlığa qarşı törədilən erməni vandalizminin təzahürlərindən biri olaraq tariximizə Azərbaycanlıların Soyqırımı Günü kimi yazılıb. 1918-ci ildə törədilən bu qanlı hadisələr zamanı onminlərlə dinc azərbaycanlı yalnız etnik mənsubiyyətinə görə […]
Ordumuz bu yüksəklikləri NƏZARƏTƏ GÖTÜRDÜ
Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
DYP-dən hava şəraitinin dəyişməsi ilə əlaqədar sürücülərə MÜRACİƏT
Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib. İdarədən daxil olan müraciətdə deyilir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, martın 30-dan başlayaraq iki gün ərzində ölkə ərazisində hava şəraitinin güclü külək və yağışla müşahidə olunan […]
Hirkan Milli Parkında YANĞIN
Bu gün səhər saatlarında Hirkan Milli Parkının Astara rayonu, Çükəş kəndi yaxınlığında yanğın hadisəsi baş verib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Hadisə yerinə Milli Parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub […]
Laçın yolundakı aksiya 109 GÜNDÜR davam edir
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 109 gündür davam edir. Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu […]