“Zəngəzur dəhlizinin açılmasına Ermənistan razılıq vermişdi, lakin iki dövlətin təzyiqindən sonra imtina etdi. “Məni hansı aqibət gözləsə də sülh müqaviləsini imzalayacam” deyən Paşinyanı devirməyə qalxanlardan biri də İran idi. Naxçıvanla kommunikasiyaların açılması nəinki 42 km-lik yolu, bütövlükdə Ermənistanı Zəngəzur dəhlizinə çevirəcəyini nəzərə alaraq, İran Paşinyana ultimatum verdi”. Bunu Milli Məclisin […]
“Azneft” dairəsində təmir işləri aparılacaq – Yol bağlanacaq
Yol polisi Bakının mərkəzi prospektində asfalt örtüyünün dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib. “Paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir-bərpa işləri aparılır. Belə ki, bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq. […]
Spikerdən İran parlamentinə ÇAĞIRIŞ
“Aprelin 5-də İran parlamentində Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil olunub, saxta və uydurma ittihamlar üzərində qurulan bəyanat qəbul edilib”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib. “Təəssüf ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, xalqımızın əsrlər boyu yaratdığı sərvətləri vəhşicəsinə talan edən Ermənistana […]
Prezidentdən Tarif Şurası ilə bağlı FƏRMAN
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının iclaslarının keçirilməsi qaydası dəyişib. Bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb. Fərmana əsasən, Şuranın iclasları onun üzvlərindən azı doqquz nəfər iştirak etdikdə baş tutmuş sayılacaq. Əvvəl bu tələb səkkiz üzv idi.
Azərbaycan Los-Ancelesə yeni baş konsul TƏYİN ETDİ
Ramil Kamil oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Zaur Əliyev Tarif Şurasının üzvü TƏYİN EDİLDİ
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi genişləndirilib. Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Dəyişikliklə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi”nin “Şuranın üzvləri” hissəsinə Dövlət Statistika […]
Prezident Yunanıstandakı səfiri geri çağırdı – SƏRƏNCAM
Prezident İlham Əliyev Anar Xeybər oğlu Hüseynovun Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Milli Məclisin gündəliyi dəyişdi
Milli Məclisin bugünkü iclasının gündəliyinə dəyişiklik edilib. Gündəliyə Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı əlavə olunub. Bununla da gündəlikdəki məsələlərin sayı 20-yə çatıb. *** Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. İlasın gündəliyinə 19 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley […]
Goranboyda polis faciəvi şəkildə öldü
Goranboy rayonunda polis yol qəzasında dünyasını dəyişib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Zeyvə kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Dərhal Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar nəticəsində məlum […]
Laçın-Xankəndi yolundakı aksiyanın 117-ci GÜNÜ
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 117 gündür davam edir. Aksiya iştirakçıları ötən gecə boyu yüksək fəallıq nümayiş etdiriblər. Toplanış yerində təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb. Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi […]