Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirir. Dogrusoztv.az Trend-ə istinadən bildirir ki, icra hakimiyyətində vəzifəli şəxslərdən biri rüşvət alarkən yaxalanıb. Əməliyyat zamanı icra hakimiyyətinin bir neçə vəzifəli şəxsi saxlanılıb. Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildirilib ki, əməliyyatla bağlı əlavə məlumat veriləcək.
Erməni vəhşiliyinin izləri – Xocavənddəki kütləvi məzarlıqdan görüntülər
Xocavənd rayonunun Edilli kəndində növbəti kütləvi məzarlıq aşkar edilib. Məzarlıqda 12 nəfərə aid qalıqlar aşkarlanıb. Üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir. Dogrusoztv.az bildirir ki, Trend TV Xocavənd rayonunda erməni terrorçularının azərbaycanlılara qarşı törətdiyi vəhşiliyi əks etdirən kütləvi məzarlıqda olub.
2023-cü il “Heydər Əliyev İli” elan edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. BiG.AZ xəbər verir ki, Sərəncamda 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olduğu qeyd edilir. Vurğulanır ki, […]
Müdafiə Nazirliyi açıqlama yaydı
Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır. BiG.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş […]
Polad Həşimovun anası: “Onlar bizim qəhrəmanlarımızdır”
“Bizim igidləri əymək istəyənlər olsa da, əyilmədilər. Onlar bizim qəhrəmanlarımızdır”. Oxu.Az xəbər verir ki, bu sözləri şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimov deyib. O bildirib ki, artıq iki il keçir, amma bizim üçün yaramız hələ də təzədir: “Valideynlər üçün çox çətindir. Dərdi çəkən bilər, başqa heç kim bilə bilməz biz nələr […]
Müharibənin ilk günü şəhid olan Qurbanovlar ailəsi…
Bu gün Azərbaycanda Anım Günü qeyd olunur. Anım günündə Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi anılır. Axşam.az qeyd edir ki, Vətən Müharibəsi zamanı hərbçilərimizlə yanaşı 94 dinc, mülki şəxs də erməni təcavüzünün qurbanı olub. Onlardan biri Qurbanovlar ailəsi idi. Belə ki, […]
Prezidentlə xanımı Füzulidə – FOTOLAR
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Füzuli rayonundan paylaşım edib. BiG.AZ paylaşımı təqdim edir:
Metrodan istifadə edənlərə XƏBƏRDARLIQ: Sərnişinlərin bəziləri qatarlara buraxılmayacaq – SƏBƏB
Son günlər yeraltı nəqliyyatdan istifadə edən hər kəs metroda sıxlığın artdığından, hətta hərəkət etməyin çox çətin olmasından şikayətlənir. Bakı Metropoliteni də vəziyyəti təsdiq edir. Bəs vəziyyətdən çıxış yolu nədir? Əməkdaşlarımız bunu araşdırıb. Hər gün minlərlə insan metrodan bu vəziyyətdə istifadə edir. Sərnişinlər bildirir ki, son günlər vəziyyət bir qədər dəyişib. […]
Nazir: “Son zamanlar Laçında Ermənistanda istehsal edilmiş çoxlu sayda mina aşkarlanıb”
Son zamanlar Azərbaycanın Laçın rayonunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş çoxlu sayda piyada əleyhinə minalar aşkar edilib. “Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib. “10 noyabr tarixli Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən […]
Ceyhun Bayramov: “Azərbaycan azad edilmiş ərazilərində bərpa və yenidənqurmaya başlayıb”
İndi Azərbaycan işğaldan azad edilmiş ərazilərində misli görünməmiş bərpa və yenidənqurma fəaliyyətlərinə başlayıb və onların tam reinteqrasiyası prioritet təşkil edir. “Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib. Nazir bildirib ki, bu cür fəaliyyətlərin məqsədi nəhayət, yüz minlərlə […]