WUF13 günlərində “yaşıl zolaq”lara daxil olmaq qayda pozuntusu hesab olunacaq

WUF13-lə bağlı yaradılacaq “yaşıl zolaqlar”a daxil olmaq qayda pozuntusu hesab olunacaq. Bunu WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev deyib. O qeyd edib ki, yeni tətbiq olunan “yaşıl zolaq” adlanan avtobus zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət […]

WUF13 zamanı nəqliyyat üçün əsas istifadə olunacaq obyektlər açıqlanıb

Son statistikaya əsasən 176 ölkədən 26 mindən çox iştirakçı artıq WUF13 tədbirində iştirak üçün qeydiyyatdan keçib və bu miqyas bizim üçün ciddi məsuliyyətdir. Bunu WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov deyib. O qeyd edib ki, belə bir tədbirin […]

“EFES – 2026”: Azərbaycan hərbçiləri artilleriya və minaatanlardan atışlar icra ediblər

Azərbaycan hərbi qulluqçularının iştirakı ilə Türkiyədə keçirilən “EFES – 2026” çoxmillətli təliminin hazırlıq məşqləri davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Beynəlxalq təlimin planına əsasən hərbi qulluqçular müxtəlif poliqonlarda artilleriya və minaatan qurğularından atış çalışmalarını praktiki olaraq icra ediblər. “İcra olunan fəaliyyətlər təmsilçilərimiz tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilir”, – […]

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 08:45-də qeydə alınan yeraltı təkanın maqnitudası 3,7, zəlzələ ocağının dərinliyi isə 19 kilometr olub.

UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşir

UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək. Yarımfinal mərhələsinin cavab oyununda İspaniyanın “Atletiko” komandası bu gün İngiltərədə “Arsenal”ın qonağı olacaq. Qarşılaşma “Emireyts” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. İlk görüşdə qalib müəyyənləşməyib – 1:1 Xatırladaq ki, digər finalçı mayın 6-da bəlli olacaq. “Bavariya” Almaniyada Fransanın PSJ kollektivi ilə münasibətlərə […]

ISNA: Tehrandakı su böhranı düşünüldüyündən daha ciddidir

Tehrandakı su böhranı düşünüldüyündən daha ciddidir. Bu barədə ISNA məlumat yayıb. “Paytaxtda əhalinin artımı, tikinti və şəhərin inkişafı səbəbindən resurslar və istehlak arasında ciddi disbalans yaranıb”, – məlumatda bildirilib. Qeyd olunub ki, dayanıqlı su təchizatını təmin etmək üçün Tehranın ildə 280 mm yağıntıya ehtiyacı var: “Tehranda 36 min qanunsuz abonent […]