Hindistan Müdafiə Nazirliyi ordu üçün 400 pilotsuz uçuş aparatının (PUA) tədarükü haqqında yerli şirkətlə bağlanmış üç müqaviləni ləğv edib.Bu barədə “The Times of India” nəşri Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, buna səbəb PUA-larda Çin istehsalı olan detalların istifadə edilməsidir. “Təəssüf ki, bəzi Hindistan şirkətləri silahlı qüvvələr […]
Rəqəmsal məktəb platforması istifadəyə verilib
Bu gündən etibarən Rəqəmsal məktəb platforması istifadəyə verilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, platformada valideyn, şagird, müəllim və direktor kabinetləri mövcuddur. Giriş üçün www.reqemsal.edu.az ünvanına keçid etmək lazımdır. Qeyd edək ki, Rəqəmsal Məktəb layihəsi ilk olaraq Bakıda test rejimində tətbiq edilir. “Sima” və identifikasiya […]
Ordubadın bütün kəndlərində bu gün qaz kəsiləcək
Ordubad rayonunun bütün kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 219 mm boruda çat yarandığı üçün təmir işlərinin aparılması məqsədilə Ordubad rayonunun bütün kəndlərində qaz təchizatında bu gün saat 13:00- dan saat 16:00-dək müvəqqəti fasilə yaranacaq. Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.
Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,12 ABŞ dolları, yaxud 0,2 % artaraq 76,92 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 74,55 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin […]
Prezident minimum pensiyanın artırılmasını təsdiqləyib
Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Yenilənmiş qanuna əsasən, bu il fevralın 1-dən Azərbaycanda minimum pensiya 280 manatdan 320 manata çatdırılıb.
Sahil Babayev maliyyə naziri təyin edilib
Sahil Rafiq oğlu Babayev Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Sahil Babayev maliyyə naziri təyin edilib.
Nazir: Azərbaycan təhsilinin arzuolunan səviyyədə olması üçün zaman lazımdır
Azərbaycan təhsilinin arzuolunan səviyyədə olması üçün zaman lazımdır. Bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, hazırda təhsil sahəsində inkişaf müsbət yöndə davam edir: “Təhsil sistemi inkişaf etməkdədir. Lakin Azərbaycan təhsilinin arzuolunan səviyyədə olması üçün vaxt lazımdır. Çünki bu, insanların həyatıdır və kimlərinsə […]
Bakıya qar yağacaq – Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında fevralın 7-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, fevralın 8-də yarımadanın ayrı-ayrı yerlərində yağıntının sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək. Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin fevralın 9-dək davam edəcəyi, […]
Yeni yolun tikintisindən – Görüntülər
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi davam etdirilir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, layihə üzrə 10 qovşağın, 14 körpünün, 1 kommunikasiyalar üçün kanal körpüsünün, 1 qapalı və 1 üstü açıq tunelin tikintisi nəzərdə tutulub. Yeni yolun inşası Abşeron yarımadasının şimal-şərq hissəsindəki yaşayış məntəqələrinin Bakı şəhərinə […]
Azərbaycanda meqa nazirlik yaradılır?
Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəsindən azad edilərək Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub. Muxtar Babayevin vəzifəsini tərk etməsi ilə boş olan nazir postlarının sayı ikiyə çatıb. Belə ki, yanvarın 10-da maliyyə naziri Samir Şərifov da vəzifəsindən azad […]