Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başlayıb

Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) araşdırma başlayıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq AEM-dən məlumat verilib. Mərkəzdən bildirilib ki, tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə riayət olunması vacib şərtdir. Bu tələblərin pozulması halında, qanunvericiliyə əsasən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati protokol tərtib […]

Məhkəmədə Ermənistanın Azərbaycanın ekologiyasına və iqtisadiyyatına qəsdən ziyan vurması faktları üzrə sənədlərin tədqiqinə başlayıb

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan Respublikası tərəfindən həyata keçirilmiş təcavüzkar müharibənin gedişində Azərbaycan Respublikasının ekologiyasına və iqtisadiyyatına qəsdən ziyan vurulması faktları üzrə sənədlərin tədqiqinə başlanılıb. Azərbaycan Respublikasının işğal altında olan əraziləri işğaldan azad edildikdən sonra həmin ərazilərə baxışlar keçirilib, baxış zamanı hər bir rayon və kənd üzrə […]

ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə “Azərbaycan Dəmir Yolları” məlumat yayıb. Məlumata görə, hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilib, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilib. Artan […]

İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Prezident İlham ƏIiyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.Təbrikdə deyilir:“Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.Dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə bərabərliyə, qardaşlığa və […]

Kartlardan 9 min manatdan çox pul oğurlandı

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bank kartı məlumatlarının ələ keçirilməsi ilə bağlı oğurluq hallarına qarşı ehtiyatlı olmağa çağırır.İyunun 4-də daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində bir sıra şəxslərin bank hesablarından qanunsuz yolla pul vəsaitlərinin çıxarıldığı müəyyən olunub. Oğurlanmış məbləğlər arasında 7000, 881, 464, 354, 300, 170, 100, 100, […]

Bağça uşaqları ən çox nədən xəstələnirlər?

2024-cü ildə Azərbaycanda fəaliyyət göstərən dövlət bağçalarında 48 mindən artıq xəstələnmə halı qeydə alınıb.Bu barədə məlumatı Dövlət Statistika Komitəsindən əldə edib. Xəstələnmə hallarının 10 minə yaxını 3 yaşından aşağı uşaqlarda olub. Məktəbəqədər təhsil müəssisələrində uşaqlar ən çox qripin və yuxarı tənəffüs yollarının kəskin infeksiyasına yoluxurlar. Bağçalarda ötən il 27 mindən […]

İcra Hakimiyyətinin şöbə müdirinə elektron qolbaq taxıldı

Şəki Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Qoşqar Babayevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası yekunlaşıb. Hakim Elçin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, iş üzrə Balakən Rayon Məhkəməsinin qərarı ləğv edilib, yeni ittihamedici hökm […]