Azərbaycanda rəsmi səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq mayın 26-da Bakıdakı Zəfər parkını ziyarət edib. Qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Senatın sədri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub. Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, […]
Sıbiqanın Bakı səfəri ikitərəfli əməkdaşlığa əsaslanır – Spekulyasiya yersizdir – ŞƏRH
Azərbaycanla Ukrayna arasında münasibətlər hər zaman yüksək səviyyədə olub. Hər iki ölkə ərazi bütövlüyünün pozulmasından əziyyət çəkib və bu fonda da bir-birini qarşılıqlı şəkildə dəstəkləyib. Mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sıbiqanın Azərbaycana səfərinə də ikitərəfli münasibətlərin genişləndirilməsi prizmasından baxılmalıdır. Prezident İlham Əliyev tərəfindən qəbul zamanı da ikitərəfli məsələlər […]
Prezident İlham Əliyev İsmayıllıda “Talıstan” liseyinin binasının açılışında iştirak edib – YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev mayın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllı şəhərində inşa olunan internat tipli “Talıstan” liseyinin binasının açılışında iştirak edib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov dövlətimizin başçısına təhsil ocağında yaradılmış şərait barədə məlumat verdi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı […]
Çin Xalq Respublikasının Sədri İlham Əliyevi təbrik edib
Çin Xalq Respublikasının Sədri Si Cinpindən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Məktubda deyilir: “Hörmətli cənab Prezident. Sizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı ifadə etməkdən şərəf duyuram. Siz keçən ay Çində uğurlu dövlət səfərində oldunuz və biz birlikdə […]
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası […]
İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev mayın 26-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
İlham Əliyev: Bir sıra ölkələrdə islamofobiyanın yayılması təşviq edilir
Məyusedici haldır ki, islamofobiya kimi ümumbəşəri bəlaya və təhlükəyə qarşı nəinki mübarizə aparılmır, hətta bir sıra ölkələrdə onun yayılması təşviq edilir.Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir: “İslam dinini və müsəlmanları Qərb kimliyinə və dəyərlərinə təhdid kimi göstərərək […]
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Əfv Sərəncamı 200-dan çox şəxsə şamil olunub. Sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini […]
Azərbaycan XİN Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edib.Nazirlik bu barədə “X” sosial media hesabında paylaşım edib. “Dostumuz, qonşumuz və strateji tərəfdaşımız Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edirik”, – paylaşımda qeyd olunub.
Prezident İlham Əliyev İslamofobiya ilə bağlı konfransın iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfrans iştirakçılarına müraciət ünvanlayıb.Müraciəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.