Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olan azərbaycanlıların ailələrinə maddi yardım göstərilir. Çoxsaylı insan tələfatına səbəb olmuş faciə nəticəsində Adıyaman, Kahramanmaraş və Malatyada həlak olanlar arasında azərbaycanlılar da var idi. Həlak olmuş soydaşlarımızın ailələrinə dəstək məqsədilə hazırda […]
Bakıda kişi məktəbin həyətində ÖZÜNÜ YANDIRDI
Bakı şəhərində 27 yaşlı kişi intihar edib. Dogrusoztv.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib. Belə ki, 1995-ci il təvəllüdlü M.S. 293 saylı orta məktəbin həyətinə gəlib və orada özünü yandıraraq intihar edib. Onun ruhi-əsəb dispanserində qeydiyyatda olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Xocalı prospektində yollar bağlanacaq
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar fevralın 26-da Xətai rayonunun Xocalı prospektində yerləşən “Ana fəryadı” abidəsi önündə anım tədbiri keçiriləcək. Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirdə təhlükəsizliyin təmin edilməsi məqsədilə saat […]
“”Trendyol”dan sifarişlər heç bir halda qadağan edilə bilməz” – Deputat
“Bu gün “Trendyol” satış şəbəkəsindən vətəndaşlarımızın istifadəsinin haqsız rəqabətə yol açması ilə bağlı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşının açıqlması ilə bağlı ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirmək istərdim ki, qanunvericilik aylıq rüsumsuz sifariş məbləğini müəyyənləşdirir və heç bir halda vətəndaşın haradan məhsul sifariş etməsi qadağan edilmir”. Bunu […]
Şənbə gününə olan hava proqnozu
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin 24-dən 25-nə keçən gecə bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 5-8° isti olacaq. […]
Azərbaycana nə qədər ekoloji təmiz avtomobil idxal edilib? – General açıqladı
Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələri ilə bağlı Yol Xəritəsində bu nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı 4 istiqamət müəyyən olunub. Bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov bu gün keçirilən “Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı” mövzusunda konfransda deyib. O, bildirib […]
Problemli kreditlərin həcmi açıqlandı
Yanvar ayında bankların kredit portfeli 0.4% və ya 75.2 mln. manat artaraq 19,669.6 mln. manat olub. AzadMedia.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, kredit portfelinin strukturunun 55.2%-ni biznes kreditləri (10,845.6 mln. manat), 29.5%-ni istehlak kreditləri (5,811.9 mln. manat) və 15.3%-ni ipoteka kreditləri (3,012.2 mln. manat) təşkil edib. 2023-cü […]
“”Ana harayı” abidəsinin ziyarəti rəsmi protokola daxil edilsin” – Deputat
“Bakı şəhərində Xətai rayonunda Xocalı soyqırımına həsr olunan “Ana harayı” abidəsi var. Təklif edirəm ki, həmin abidənin ziyarəti rəsmi protokola daxil edilsin”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Məmmədov deyib. “Azərbaycanda səfərdə olan xarici ölkələrin, beynəlxalq qurumların nümayəndəliklərin həmin abidəni ziyarət etməsi üçün tədbirlər görülsün. Bu abidənin […]
İlham Əliyev estoniyalı həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Respublikasının Prezidenti Alar Karisə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Estoniyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik […]
Rəsmi Bakıdan Paşinyana cavab
“Ermənistanın Baş naziri Nikol Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı 23 fevral 2023-cü il tarixli şərhləri məhkəmənin qərarı ilə tərs-mütənasibdir və Ermənistan tərəfinin növbəti dəfə arzularının reallıq kimi təqdimatı cəhdidir”. Bu barədə Dogrusoztv.az Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, Baş nazir Paşinyanın guya Məhkəmənin Laçın yolunun bağlandığına […]