“Xocalıdakı görüş ümidvericidir”

alfonsonri

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Xocalıda Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilən deputat Ramin Məmmədovla Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə keçirilən görüşə münasibət bildirib. T.Klaar bu barədə öz tviter hesabında paylaşım edib: “Bu […]

Ərdoğan prezident seçkilərinin tarixini açıqladı

alfonsonri

Türkiyədə mayın 14-ü keçirilməsi planlaşdırılan prezident seçkiləri təxirə salınmayacaq. Bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin hakim “Ədalət və İnkişaf Partiyası”nın (AKP) qrup iclasında çıxışı zamanı açıqlayıb. “İnşallah millətimiz mayın 14-ü lazım olanı edəcək”, – deyə Türkiyə lideri qeyd edib. 

Ramin Məmmədov kimdir? – Dosye

alfonsonri

Bu gün Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Dogrusoztv.az məsul şəxsin dosyesini təqdim edir. Ramin Ələmşah oğlu Məmmədov 17 fevral 1979-cu il tarixində Ağdərə şəhərində doğulub. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. Ardınca o, […]

Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

alfonsonri

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, […]

Səbuhi Xanlarov həbs edildi

alfonsonri

Bloqer Səbuhi Xanlarov həbs olunub. Səbuhi Xanlarov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunub. Məlumata görə, blogger barəsində 15 günlük inzibati həbs qərarı verilib. Qeyd edək ki, bir neçə gün öncə Xətai Rayon Polis İdarəsi tərəfindən saxlanılan S.Xanlarov sərbəst buraxılmışdı.

İlham Əliyev: “Azərbaycanla Beynəlxalq Miqrasiya Təşkilatı arasında çox sıx əlaqələr var”

alfonsonri

“Azərbaycan ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında çox sıx əlaqələr var”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorinonu qəbul edərkən deyib. Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində iştirakına görə Antonio Vitorinoya minnətdarlığını ifadə edən dövlətimizin başçısı Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin bu Hərəkatın daha da təsisatlanması istiqamətində […]

Böyük Qayıdış çərçivəsində tikilən yollar üzrə vəziyyət açıqlanıb

alfonsonri

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ildə ümumi uzunluğu 2 241,5 km təşkil edən 18 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi işləri davam etdirilib. Qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa […]

Ronaldunun pəhrizini təkrar edən futbolçu ölümlə üz-üzə qalıb

alfonsonri

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun pəhrizini təkrar edən “Palmeyras”ın gənc futbolçusu Qabriel Menino bunun ağır fəsadlarını yaşayıb. 22 yaşlı futbolçu bildirib ki, o, bir qədər çəki və əzələ itirmək məqsədi ilə Ronaldunun pəhrizinə başlayıb. Q.Menino pəhrizə başlamamışdan əvvəl klubun diyetoloqunu da bu barədə məlumatlandırıb. Gənc futbolçu qida rasionunda əsasən balıq […]

Bəxtiyarla yazışmaları yayılan qadınlardan polisə şikayət daxil olub – Rəsmi

alfonsonri

Daxili İşlər Nazirliyi həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin yazışmalarının ictimailəşməsi ilə bağlı açıqlama yayıb. DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, B.Hacıyev Bakı şəhər Baş Polis İdarəsinə vəkili ilə birgə dəvət edilib, onun üzərində hər hansı elektron daşıyıcı cihaz – mobil […]

Nazirə yeni müşavirlər təyin edildi

alfonsonri

Mədəniyyət Nazirliyində yeni müşavir təyinatları olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Milli Konservatoriyanın Beynəlxalq əlaqələr departamentinin rəhbəri, musiqişünas, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov və Əməkdar artist Oleq Əmirbəyov mədəniyyət nazirinin müşavirləri təyin edilib. Cahangir Səlimxanov Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) musiqişünaslıq ixtisası üzrə təhsil alıb. Bu vaxtadək Bəstəkarlar […]