Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edilib

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Cıdır düzündə olublar.Burada Qarabağ atlarının təqdimatı keçirilib. Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atını hədiyyə edib.

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər. Qurbanqulu Berdiməhəmmədovun diqqətinə çatdırıldı ki, vaxtilə işğal edilmiş bütün ərazilərimizdə olduğu kimi, Şuşada da tarixi abidələr, o cümlədən məscidlər dağıdılıb, təhqir edilib. Şəhərin 17 məscidindən 16-sı işğalçılar tərəfindən dağıdılmışdı. Şuşa […]

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Yeni Şuşa məscidində tikinti işləri ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə həyata keçirilən işlər haqqında məlumat verib. Bildirilib ki, təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan və […]

Sabah 41 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyulun 18-də hava şəraiti yağmursuz olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-37° isti olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz […]

Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib, Prezident İlham Əliyev qarşılayıb

Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Füzuli rayonuna gəlib. Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qurbanqulu Berdiməhəmmədovu Azərbaycan Prezidenti İlham Əliyev qarşıladı. Füzuli Beynəlxalq Hava Limanında Türkmənistan Xalq Məsləhətinin sədrinə işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən Füzuli, Zəngilan və Laçın […]

Səməd Bəşirli: “Azərbaycan Pakistanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiqdir”

Pakistan və Azərbaycan regional əməkdaşlıq, ticarət və investisiyaların inkişafına diqqət yetirməklə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiq qalmaqda davam edirlər. Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli İslamabada səfəri çərçivəsində Pakistanın federal rabitə naziri Abdul Alim Xanla görüşdə bildirib. A.Xan vurğulayıb ki, Pakistanın Azərbaycanla uzunmüddətli dostluğu mühüm strateji üstünlükdür. O, Pakistanın Hindistanla münaqişəsi […]

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,7 ABŞ dolları, yaxud 2,3 % azalaraq 72,36 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 70,01 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]

Bakıxanov qəsəbəsinin bəzi hissəsində işıq olmayacaq

Bakının Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, iyulun 17-də Sabunçu Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçiriləcək. Bu səbəbdən saat 10:00-dan 13:00-dək Bakıxanov qəsəbəsində Leyla […]

Leyla Əliyeva həmin görüşdən fotolar paylaşdı

Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və qızı Oquldjaxan Atabayevanın Prezident İlham Əliyev və qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşü olub. Leyla Əliyeva həmin görüşdən fotolar paylaşıb. Fotoları təqdim edirik: