Həftənin ilk gününün hava PROQNOZU

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti mılumat yayıb. Bununla belə, səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz […]

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 4. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində; 5. […]

Prezidentin Tirana triumfu – Aİ Azərbaycanla münasibətlərdə yeni mərhələyə başlayır – ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Albaniyanın paytaxtı Tiranada keçirilən VI zirvə toplantısında iştirakı ölkəmizin Avropa ölkələri ilə əlaqələrinin inkişafının növbəti təzahürü oldu. Artıq neçənci dəfədir ki, Azərbaycan toplantıya ən ali qonaq kimi dəvət olunur və bu da şübhəsiz ki, onun nüfuzunun göstəricisidir. Avropa tərəfindən böyük geosiyasi məkanda etibarlı […]

Sabah hava küləkli olacaq – XƏBƏRDARLIQ

Mayın 18-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Qobustan, Qusar, Neftçala, Salyan, Daşkəsən, Goranboy, Kəlbəcər, Laçın, Cəlilabad, Biləsuvar, Yardımlı, Lerik, Astara, Masallı, […]

Kreml Putinlə Zelenski arasında görüşün mümkünlüyünə aydınlıq gətirib

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü mümkündür.Bu barədə bu gün ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “İki tərəfin nümayəndə heyətlərinin işinin nəticəsi olaraq müəyyən razılaşmalara nail olunacağı halda belə bir görüş mümkündür. Bunu mümkün hesab edirik – lakin məhz iki tərəfin işinin nəticəsi olaraq və […]

İlham Əliyev “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Hörmətli Konqres iştirakçıları! Sizi – Azərbaycan kardioloqlarını, kardiocərrahlarını və müxtəlif ölkələrdən respublikamızın paytaxtına gəlmiş alimləri “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə müvəffəqiyyətlər arzu […]

Ərdoğan Azərbaycanla əməkdaşlığa dair üç saziş təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla əməkdaşlığa dair üç sazişi təsdiqləyib. Bu barədə “Rəsmi qəzet”də məlumat dərc olunub. Bildirilib ki, sözgedən sazişlər turizm, su ehtiyatları və baytarlıq sahələri ilə bağlıdır. Təsdiqlənən sahələr 15 noyabr 2024-cü ildə Bakı, 8 may 2024-cü ildə Ankara və 19 fevral 2024-cü ildə yenə də Ankara […]

Gəncədə restoranda 31 yaşlı şəxsi bıçaqlamaqda şübhəli bilinən gənc saxlanılıb

Gəncədə 31 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən 17 yaşlı gənc saxlanılıb.“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 31 yaşlı Y. İbrahimova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 17 yaşlı Ö.Tağızadə saxlanılıb. Xatırladaq ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən kafelərin birində qeydə alınıb. […]

Azərbaycan neftinin qiyməti artıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,49 ABŞ dolları, yaxud 0,73 % artaraq 67,14 ABŞ dolları təşkil edib.Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 65,1 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı […]