Ermənilər Laçın postunda belə yoxlanılır – VİDEO

alfonsonri

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi vasitəsilə erməni əsilli şəxslər heç bir maneə olmadan istifadə edirlər.Dogrusoztv.az report-a istinadən xəbər verir ki, sərhəd-buraxılış məntəqəsində Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslərin sənədləri yoxlanılır və onların rahat gediş-gəlişi təmin olunur. Qeyd edək ki, 2020-ci il 10 […]

“Bu gün evə gələcəkdi” – Şəhid Orxanın atası – Video

alfonsonri

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. Şəhid Orxan Novruzəlizadənin atası Elxan Novruzəlizadə çətin də olsa oğlu barədə danışıb. Şəhid atası qeyd edib ki, oğlu bu gün evə gəlməli imiş: “2 […]

Ermənilər mövqelərimizi toplardan ATƏŞƏ TUTUR

alfonsonri

Müdafiə Nazirliyi Kəlbəcər istiqamətində törədilən erməni təxribatı ilə bağlı növbəti məlumat yayıb. Nazirlikdən  verilən məlumata görə, mayın 11-i saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun şərti sərhəddin bu istiqamətdəki mövqelərini D-30 toplarından istifadə etməklə atəşə tutur. Ordumuzun bölmələri tərəfindən adekvat cavab […]

Azərbaycan Ordusunun düşmənin hərbi infrastrukturunu məhv etməsinin görüntüləri – VİDEO

alfonsonri

“Caliber” Azərbaycan ordusunun Basarkeçər rayonunun Zod istiqamətində düşmənin hərbi infrastrukturunu məhv etməsinin görüntülərini paylaşıb. Belə görünür, Brüsseldə keçirilməsi planlaşdırılan üçtərəfli görüş ərəfəsində Nikol Paşinyan 2020-ci ilin iyulu qaydasında yeni Tovuz təxribatı etmək qərarına gəlib.

Ermənistan MN yaralılarının ilkin sayını AÇIQLADI

alfonsonri

Azərbaycan-Ermənistan sərhədində davam edən toqquşmalarda üç erməni əsgər yaralanıb. Bu barədə Ermənistanın Müdafə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.

İŞİD-in Türkiyə valisi yaxalandı – FOTO

alfonsonri

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyada keçirdiyi əməliyyatda qırmızı kateqoriya ilə axtarışda olan İŞİD-in Türkiyədəki keçmiş valisi Şahap Variş də daxil olmaqla 4 terrorçu yaxalanıb. Aparılan xüsusi əməliyyat nəticəsində yaxalanan terrorçular təhlükəsizlik bölmələrinə təhvil verilib. Varişin Türkiyədə İŞİD-in həyata keçirməyi planlaşdırdığı və təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alınan bir çox terror […]

Ermənistan Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutur

alfonsonri

Mayın 11-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tuturlar. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.

Məşhur aparıcı “Fox News”a müharibə elan etmək niyyətindədir: İlon Maskla iş quracaq?

alfonsonri

“Fox News” telekanalının keçmiş aparıcısı Taker Karlson telekanala müharibə elan etməyə hazırlaşır. Karlson Prezident Co Baydenin hökumətinin fəaliyyətini tənqid etməsi ilə tanınır. Hazırda o, özünün “media imperiyası”nı yaratmağı planlaşdırır. Lakin bu məqsədinə çatmaq üçün Taker Karlson “Fox News” ilə 2025-ci ildə başa çatacaq müqaviləsindən qurtulmalıdır. Bəzi nəhəng Amerika KİV-i artıq […]

Argentinada Ümummilli Liderin 100 illik yubileyi qeyd edilib

alfonsonri

Azərbaycan Respublikasının Argentinadakı səfirliyi tərəfindən paytaxt Buenos-Ayres şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Argentinanın ictimai-siyasi xadimləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.Səfirlikdən AZƏRTAC-a bildirilib ki, səfir Rəmzi Teymurov tədbiri açaraq, müstəqil Azərbaycanımızın banisi Heydər Əliyevin həyatı […]