“Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edildi

alfonsonri

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı şəhəri, Nəsimi rayonu “Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edib. Komitədən verilən məlumata görə, Dövlət Komitəsi sədrinin əmri ilə bu vəzifəyə Elnarə Orucova təyinat alıb. E.Orucova İslam dininə aid ibadət yerlərinə qadın dini ayinlərin icraçısı vəzifəsini tutmaq üçün Dövlət Komitəsinin cari […]

“Məhkəmə Ülviyyə Alovlunu tapa bilmir” – Flora Kərimova

alfonsonri

“Mən – Xalq artisti Flora Kərimova Ülviyyə Alovlunun əlindən, böhtanından, söyüşlərindən yorulmuş bir insan kimi 3 il ərzində məhkəməyə ayaq döydüm. İş hakim Abbas Rzayevin əlindədir. 6 aydan çoxdur axtarışda olan Ülviyyə Alovlunun guya tapıb məhkəməyə gəlməsini təmin edə bilmirlər. Bu, dırnaqarası axtarışdır”. Bu sözləri Xalq artisti Flora Kərimova sosial […]

İlham Əliyev və Paşinyan Moskvada görüşəcəklər

alfonsonri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan mayın 25-də Moskvada görüşəcəklər. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin növbəti iclasında çıxışı zamanı deyib. O, bildirib ki, görüş Rusiya lideri Vladimir Putinin vasitəçiliyi ilə baş tutacaq. Qeyd edək ki, hər iki ölkə lideri iyunun 1-də Avropa siyasi […]

Space TV-nin yayımı söyüşə görə 3 saatlıq dayandırılacaq

alfonsonri

Bu gün Audiovizual Şurasının videoformatda iclası keçirilib. İclasda Şuranın apardığı monitorinqlər nəticəsində aşkarlanmış “Media FM” radio kanalının efirində “Reklam haqqında” Qanunun, “Space TV” televiziya kanalının efirində isə “Media haqqında” Qanunun tələblərinin pozulması faktları müzakirə olunub. Belə ki, ümumölkə yerüstü radio yayımçısı olan “Digital Media” MMC-nin “Media FM” radio redaksiyasının efirində […]

Sinan Oğuz Türkiyəni silkələyə bilər – Bu namizədi DƏSTƏKLƏYƏCƏK

alfonsonri

“Türkiyə seçkilərinin prezident Rəcəb Tayyib Ərdoğanın uzun siyasi karyerasının sonu olub-olmayacağı ilə bağlı bu həftəki “Guardian Weekly”nin üz qabığını planlaşdırmağa başlamışdıq. Lakin tezliklə məlum oldu ki, Ərdoğanla bağlı proqnozlar böyük ölçüdə yanlış dəyərləndirilib”. Bunu İngiltərədə nəşr olunan həftəlik xəbər jurnalı “Guardian Weekly” yazıb. “İkinci turda Kılıçdaroğlunun əhəmiyyətli qayıdış ehtimalı istisna […]

Yaxın 3 gündə hava necə olacaq?

alfonsonri

Yaxın günlərdə – mayın 19-u və 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bunu açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, may ayının 18-dən 19-na keçən gecə bəzi yerlərdə yağış yağacağı, şimal-şərq küləyi əsəcəyi ehtimal olunur: “Bölgələrdə isə yaxın üç gündə […]

ABŞ-dəki konsulluğumuzun yanında “Artsax meydanı” yaratdılar – TƏXRİBAT

alfonsonri

ABŞ-də Azərbaycana qarşı təxribat xarakterli daha bir ermənipərəst təşəbbüs reallaşıb. “Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, Los-Anceles şəhərində Azərbaycan Konsulluğunun yanındakı prospektlərin kəsişməsinə “Artsax Respublikası meydanı” adı verilib. Bu barədə Şəhər Şurası yekdilliklə qərar verib. Qeyd edək ki, Ermənistan əzəli Azərbaycan torpağında yaratmış olduğu qondarma terrorçu qurumu özü belə […]

“Zəngilan” tankeri yerli gəmi tikintisi sənayesinin inkişafına mühüm töhfədir – Nazir

alfonsonri

“Zəngilan” tankeri inşasının davam etdirilməsi məqsədilə suya salınıb. Texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilən sayca dördüncü neft tankeri və ikinci neft-kimyəvi məhsullar daşıyan tankerdir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında bildirib. “Tankerin inşası Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həyata keçirilməsinə, neft-qaz layihələrinin […]

Hər on uşaqdan üçündə skolioz əlamətləri müşahidə edilir – HƏKİMDƏN HƏYƏCAN TƏBİLİ

alfonsonri

Uşaqlar arasında skolioz halları artıb. Hər il bu problemlə üzləşən uşaqların sayında yüksəliş müşahidə olunur. Demək olar ki, hər on uşaqdan üçündə qamət əyriliyi və skolioz əlaməti var. Bu barədə Bakı Baş Səhiyyə Mərkəzi məlumat yayıb. Mərkəzin tabeliyində fəaliyyət göstərən 5 nömrəli Uşaq Poliklinikasının həkim-cərrahı Günel Acalovanın sözlərinə görə, uşaqların […]