Qoç – Sizi sürprizlə bahəm, tələ də gözləyə bilər. Gözləntilərinizin çox olduğu situasiyalarda diqqətli davranın. Dostlarla görüş, romantik münasibətlər nəzarətdə olmalıdır.Başqalarının işlərinizə müdaxiləsinə, sizin əvəzinizə danışmasına və ya nə isə etməsinə imkan verməyin.Evlə bağlı tədbirlərlə ailə üzvləri birləşərək həmrəy olacaqlar. Günün ilk yarısında başladığınız mühüm işi günün ikinci yarısında mütləq başa […]
Vilnüsdə İlham Əliyevin Litvanın baş naziri ilə görüşü olub – YENİLƏNİB + FOTO
Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Baş naziri İnqrida Şimonite ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, əvvəlcə birgə foto çəkdirilib. 16:09 Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Baş naziri xanım İnqrida Şimonite ilə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Litva prezidenti: “Azərbaycanı iqtisadiyyatı inkişaf edən dövlət hesab edirik”
“Biz Azərbaycanı iqtisadiyyatı inkişaf edən dövlət hesab edirik”. “Report”un Vilnüsə ezam olunan müxbiri xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda bildirib. “Bu gün biz sağlam ikitərəfli əlaqələrimizə arxalana bilərik. Azərbaycan Litvanın mühüm tərəfdaşıdır və biz qarşılıqlı faydalı imkanlar tapmaqda maraqlıyıq. Azərbaycanı nəhəng enerji potensialına və şaxələndirmə istəyinə malik olan, […]
Azərbaycanda nazirlik əməkdaşlarına qarşı atəş açılıb: Yaralanan var
Ölkənin su hövzələrində balıq ovuna tətbiq edilən moratoriumla bağlı qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Ağstafaçay su anbarında balıq ovu üçün istifadə olunan sintetik torlar müəyyən edilib və torlar yığışdırılan zaman xidmətin əməkdaşlarına qarşı odlu silahdan atəş açılıb. Bununla […]
Prezident: “Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır”
“Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatla çıxış edən zaman bildirib. “Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İldən-ilə nəql edilən, ixrac edilən […]
Mehriban Əliyeva Martyunas Mazvyudas adına Litva Milli Kitabxanası ilə tanış olub
Mayın 22-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Litva Respublikasının birinci xanımı Diana Nausediene Martyunas Mazvyudas adına Litva Milli Kitabxanası ilə tanış olublar. Birinci xanım Mehriban Əliyevaya kitabxananın fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, əsası 1919-cu ildə Mərkəzi Dövlət Kitabxanası kimi Kaunasda qoyulan bu elm mərkəzi Litvanın əsas elmi-kütləvi […]
Azərbaycan lideri: “Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır”
“Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatla çıxış edən zaman bildirib. “Azərbaycan-Ermənistan sülh danışıqları haqqında Litva Prezidentini məlumatlandırdım. Azərbaycan torpaqlarının uzun illər ərzində – 30 ilə yaxın Ermənistanın işğalı altında olmasına, 1 milyon azərbaycanlının […]
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər
Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
“Azərbaycanla sülh sazişini qısa zamanda imzalamağa ümid edirik” – Paşinyan
“Azərbaycanla sülh sazişi və münasibətlərin qurulması ətrafında intensiv danışıqlar aparılır və biz mətnlə bağlı ən qısa zamanda razılığa gəlib imzalamağa ümid edirik”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, sülhə nail olmaq üçün İrəvan və Bakı öz qoşunlarını sərhəddən eyni məsafədə geri […]
Azərbaycan və Litva prezidentlərinin məhdud tərkibdə görüşü olub – YENİLƏNİB
Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb. 11:02Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə məhdud tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb.