Azərbaycanın məscidlərində bayram namazları qılınır. Bayramı namazı “Əjdərbəy” məscidində saat 08:00-da başlanıb. Bayram münasibətilə ölkənin bütün məscidlərində bayram namazı qılınır, “Təzə Pir” məscidində isə bayram namazı saat 09:00-da qılınacaq. Qeyd edək ki, Azərbaycanda iyunun 28-i və 29-u Qurban bayramı qeyd olunur.
İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım etdi
Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə təbrik mesajı yazıb. Prezident paylaşımı sosial şəbəkə hesablarında paylaşıb. Sözügedən paylaşımı təqdim edirik:
“Ordumuz mövqelərini daha da möhkəmləndirir” – Zakir Həsənov
“Cənab Ali Baş Komandanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu gündən-günə qüdrətlənir, dünyanın ən güclü orduları sırasında yer alır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbə Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha dünyaya nümayiş etdirdi. Bu gün rəşadətli ordumuz işğaldan azad olunmuş ərazilərdə […]
“Cəsur döyüşçü” medalı alan qazimiz vəfat etdi
Vətən müharibəsi iştirakçısı Fərid Ağamalıyev vəfat edib. Siyəzən rayonundan olan F.Ağamaliyev xəstəliyi səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Fərid və qardaşı müharibə başlayan gündən sona qədər ön xətdə xidmət ediblər. Fərid döyüş zamanı yaralanmışdı. Onların atası Mayis Ağamalıyev müharibə gedişində vəfat edib. Döyüşdə “suriyalı” ləqəbi ilə tanınan qazimiz göstərdiyi igidliyə […]
Azərbaycanda tarixi qoruq ərazisində çürümüş meyit aşkar edildi
İyunun 26-da Qaradağ rayonu ərazisində yerləşən “Qobustan milli tarixi-bədii qoruğun” ərazisində çürümüş insan meyiti aşkar olunub. Bu barədə Baş prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir. Bildirilib ki, fakt üzrə Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
Putin Şoyquya tapşırıq verdi
Vladimir Putin Rusiyanın müdafiə naziri Sergey Şoyquya hərbi qulluqçuların xidmətlərinə görə onlara dövlət mükafatlarını təqdim etməyi tapşırıb. Bu barəfə Rusiya prezidenti Vladimir Putin üsyan zamanı asayişin təmin edilməsində iştirak edən hərbçilərlə görüşü zamanı bildirib. “İşin bu hissəsində iştirak edənlərin hamısının xidmətləri dövlət mükafatları ilə qiymətləndiriləcək”, – Putin qeyd edib. Rusiya […]
Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
İyunun 28-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.
Lukaşenko ordunun döyüş vəziyyətinə gətirilməsi barədə əmr verib
Belarus Prezidenti Aleksandr Lukaşenko ordunun tam döyüş vəziyyətinə gətirilməsi barədə əmr verib. O, bu barədə hərbçilərlə görüşündə deyib. O qeyd edib ki, Rusiyada baş verən hadisələr fonunda ordunun tam döyüş hazırlığına gətirilməsi barədə göstəriş verib. “Mən ordunun tam döyüş hazırlığına gətirilməsi üçün bütün əmrləri verdim” -deyə Belarus lideri bildirib.
İlham Əliyev Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. İslam dininin əlamətdar mərasimlərindən olan Qurban bayramı özündə xeyirxahlığı, birlik və bərabərliyi, insanın ülvi amallar uğrunda hər cür fədakarlığa hazır […]
Türkiyədəki inflyasiyanın bizə mənfi təsirləri olacaq? – Nazirdən açıqlama
Türkiyədəki inflyasiyanın Azərbaycanın maliyyə sisteminə xüsusi mənfi təsiri gözlənilmir. Bu barədə Trend-ə maliyyə naziri Samir Şərifov deyib. “Maliyyə sistemimiz yetərincə tarazlı vəziyyətdədir, bank sistemimiz etibarlıdır. Ölkənin kifayət qədər böyük ehtiyatları var və borc səviyyəsi çox aşağıdır. Bu səbəbdən hər hansı xüsusi mənfi təsir gözləmirik”, – o bildirib. Bundan başqa, Azərbaycanın […]