Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 2-də keçiriləcək imtahanlarda iştirak edəcək abituriyentlərə (şagirdlərə) müraciət edib. DİM-dən bildirilib ki, imtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də keçiriləcək. “İmtahana buraxılış vərəqəsi”ndə iştirakçıların hansı rayonda (şəhərdə) imtahan verməli […]
Sabah bəzi yerlərdə yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-11° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi […]
Mədət Quliyevə yeni müavin TƏYİN EDİLDİ – FOTO
Müdafiə sənayesi naziri Mədət Quliyevə yeni müavin təyin edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, nazir müavini vəzifəsinə Vüqar Valeh oğlu Mustafayev təyin edilib. Qeyd edək ki, Vüqar Mustafayev bunadək “Paşa Holding”də çalışıb.
Azərbaycan Ordusu Qarabağda lokal əməliyyatlar keçirəcək – AÇIQLAMA
“Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri möhtəşəm bir əməliyyat həyata keçirdi və Laçın yoluna alternativ olan bütün yolları nəzarətə götürdü. Söhbət həmin yollarda aparılan tikinti işlərinin dayandırılmasından gedir”.Bunu “Unikal”a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, artıq həmin yollarla Qarabağa və Xankəndinə daşınan hərbi yüklər, eləcə də digər texnikalar geriyə, […]
İkardi Azərbaycana təşəkkür etdi
“Qalatasaray”ın futbolçusu Mauro İkardi “Qarabağ”la Bakıda keçirilən xeyriyyə matçına görə Azərbaycana təşəkkür edib. Komandasının qələbə qolunu vuran argentinalı hücumçu bununla bağlı instaqram hesabında paylaşım edib: “Zəlzələdə zərərçəkənlərə yardım üçün təşkil edilmiş bu oyuna görə Azərbaycana təşəkkür edirəm. İştirak edən hər kəsə minnətdaram”.
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın rəhbəri işdən çıxdı
“Bank BTB”nin rəhbərliyində dəyişiklik olub. Bankın Müşahidə Şurasının (MŞ) üzvü Əliş Tağıyev vəzifəsindən ayrılıb. Rövşən Fərhad-zadə MŞ-yə yeni üzv seçilib. Bu barədə “APA-Economics”in sorğusuna əsasən bankdan bildirilib. Məlumata görə, İdarə Heyətinin (İH) sədri Emil Rzayev də vəzifəsindən ayrılıb. İdarə Heyəti sədrinin birinci müavini Eldəniz Hüseynov İH sədrinin əvəzedicisi vəzifəsinə təyin […]
Bu ölkənin dövlət qurumlarında “TikTok”, “Instagram” və “Twitter” qadağan edildi
Fransa dövlət qurumlarının kibertəhlükəsizliyini təmin etmək üçün bəzi yeni tədbirlər görüb. Beləki, dövlət tərəfindən istifadəyə verilən xidməti smartfonlarda “TikTok”, “Twitter” və “Instagram” kimi “əyləncə” proqramlarından istifadə qadağandır. “Unikal”ın məlumatına görə, xidməti telefonlarda Fransanın dövlət işçiləri əyləncə proqramlarından istifadə edə bilməyəcəklər. Qeyd etmək lazımdır ki, qadağa yalnız dövlət tərəfindən istifadəyə verilən […]
Erməni ictimaiyyətinin nümayəndələrinə Bakıda görüş təklif edilir
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir. Bu barədə Azərbaycan Prezidentinin Administrasiyası məlumat yayıb.
Tətildən sonra basabas… – Metroda nə baş verir?
Bu gündən etibarən 9 günlük Novruz tətili başa çatıb. Tətilin ilk iş günü metroda sıxlıq müşahidə olunur. “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Dogrusoztv.az-a bildirib ki, ilk iş günündə sıxlıq kifayət qədər çoxdur. O bildirib ki, uzun istirahətdən sonra ilk bir neçə iş günündə işə gecikmələr və digər məsələlərə […]
Bakıda DƏHŞƏT: Bacısının ölümünə dözməyən qardaş intihar etdi
Bakıda evdən iki meyit tapılıb. Hadisə Binəqədi rayon ərazisində qeydə alınıb. Belə ki, 1955-ci il təvəllüdlü Aydın Şəmsəddinov evdə özünü asaraq intihar edib. Evə baxış zamanı 1961-ci il təvəllüdlü yataq xəstəsi olan Səidə Şəmsəddinovanın meyiti aşkar edilib. Ailənin yaxınlarının verdiyi məlumata görə, Aydın Şəmsəddinov bacısının ölməsinə dözməyərək intihar edib. Faktla […]