Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 3. Babək prospekti, mərkəz istiqamətində; 4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi […]
Prezident “Aghdam City Hotel”in açılışını edib
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində “Aghdam City Hotel”in açılışında iştirak edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İmarət Kompleksinin bərpadan sonra açılışına qatıldı
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Prezident Ağdamda Divar kağızları istehsalı zavodunun açılışında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında Divar kağızları istehsalı zavodunun açılışında iştirak edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Sabah leysan yağacaq, dolu düşəcək
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-25° isti olacaq. Atmosfer […]
İlham Əliyev və Heydər Əliyev Kəngərlidə aparılan bərpa işləri ilə tanış oldular
Azərbaycan Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olublar. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi – Sərəncam
Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. […]
Ordumuzun 23 saatlıq mükəmməl əməliyyatı: 1 il ötdü
Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən bir il ötür. Lokal xarakterli antiterror tədbirlərinə üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş […]
Bakıda tələbə “Audi” ilə qəza törətdi – Ölən var
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Paytaxt sakini, 2006-cı il təvəllüdlü Ayaz Sultanov Mərdəkan qəsəbəsində idarə etdiyi “Audi A6” markalı avtomobillə yolu keçən 52 yaşlı Kəklik Əliyevanı vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Xəzər RPİ-də cinayət işi açılıb. Bildirilir ki, hadisəni törədən gənc Bakıdakı […]
Şahmat Olimpiadası: Azərbaycan milliləri İtaliya yığmaları ilə üz-üzə gələcəklər
Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında İtaliya yığmaları ilə üz-üzə gələcəklər. Qarşılaşmalar VIII tura təsadüf edəcək. Kişilərdən ibarət kollektiv 10 xalla 14-cü pillədə qərarlaşıb. Lider Hindistanın 14, ikinci sıradakı İranın 13, Özbəkistanın isə 12 xalı var. Qadınlar isə 10 xalla 19-cudur. […]