İsrail ordusu Beyrutda “Hizbullah”ın hədəflərinə yeni hücumlar edib

İsrailin Hərbi Hava Qüvvələri Beyrutda radikal “Hizbullah” təşkilatının hərbi obyektlərinə yeni zərbələr endirib. Bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, onların hədəfləri Beyrutda “Hizbullah”ın döyüş qanadının kəşfiyyat qərargahı, kəşfiyyat məlumatı toplama obyektləri, komanda mərkəzləri və təşkilatın istifadə etdiyi digər infrastruktur obyektləri olub. Bundan əlavə, son bir neçə saat […]

Suriya BRICS-ə qoşulmaq üçün müraciət edib

Suriya BRICS-ə qoşulmaq istəyir və bu məqsədlə artıq müraciət edib. Bunu TASS-a Suriyanın Rusiyadakı səfiri Bəşər Cəfəri “Şimali Qafqaz: Yeni geostrateji imkanlar” mövzusunda keçirilən forumun kuluarlarında deyib. “Biz BRICS-ə qoşulmaqda çox maraqlıyıq və təşkilata üzv olmaq üçün yazılı müraciət göndərmişik”, – o bildirib.

Onlara Prezident təqaüdü veriləcək – Siyahı

Bu il Azərbaycanın ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, 2024–2025-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərən və Azərbaycanın ali məktəblərinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü veriləcək. Abbaslı Səma Hüseyn qızı Abbasov […]

İlham Əliyev deputatı ad günündə təltif etdi

Sabir Kamal oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla S.Hacıyev Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə ordenə layiq görülüb. Qeyd edək ki, bu gün Milli Məclisin deputatı Sabir Hacıyevin 70 yaşı tamam olur.

Düyü kəskin ucuzlaşacaq – BU TARİXDƏ

Dünyada düyü ucuzlaşmağa başlayıb. Artıq Asiya ölkələrində bu məhsul kəskin şəkildə ucuzlaşıb. Belə ki, Hindistan malların ixracına qoyulan məhdudiyyətləri yüngülləşdirib. Bu da qiymətlərə təsir edib. Çərşənbə günü bazarlarda Asiya standartı olan 5 faizlik təmizlənmiş bir tay ağ düyününün qiyməti təxminən 11 faiz azalaraq bir ton üçün 509 dollar olub. Bu […]

Bayden səhv edir: İranda bu obyektlər vurulmalıdır!

Düşünürəm ki, Bayden səhv edir. Bu, vuracağınız hədəf deyilmi? Bu sözləri ABŞ prezidentliyinə namizəd Donald Tramp İsrailin İrandakı nüvə obyektlərinə zərbə vurmasının məqsədəuyğun olmaması barədə ABŞ Prezidenti Co Baydenin sözlərini şərh edərkən deyib. O bildirib ki, nüvə silahı ən böyük riskdir və İranın onu əldə etməsinin qarşısı alınmalıdır. Tramp əlavə […]

İran XİN başçısı: Livan və Qəzzada atəşkəslə bağlı təşəbbüslər var

Livan və Qəzzada atəşkəslə bağlı təşəbbüslər var. Bunu Suriyada səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında deyib. O, bu təşəbbüs və məsləhətləşmələrin nəticə verəcəyinə ümid etdiyini bildirib. A.Əraqçi söyləyib ki, bu gün Suriyadakı müzakirələrin əsas mövzusu Livan və Qəzzadakı durum olacaq.

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası oktyabrın 8-də keçiriləcək. İclasın gündəliyinə 27 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Azərbaycan Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında 2. Z.X.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında 3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında. 4. Gəncə […]

Azərbaycan neftinin qiyməti 81 dolları ÖTÜB

“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2 faizə yaxın artıb. Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,43 ABŞ dolları, yaxud 1,79 % artaraq 81,47 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri […]

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün müəllimlərin peşə bayramıdır. 5 oktyabr Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur. Belə ki, 1966-cı ilin bu günü UNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini müəyyən edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix UNESKO tərəfindən […]