Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, 29 Oktyabr – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. Fəxrlə qeyd […]
Azərbaycanda polis əməkdaşı faciəli şəkildə öldü
Ağsuda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Muradlı kəndində qeydə alınıb. Tehran Səlimovun idarə etdiyi “KİA Optima” markalı avtomobillə əks yoldan gələn Firudun Həsənovun idarə etdiyi “JAC” markalı yük avtomobili ilə toqquşub. Toqquşmanın nəticəsindən hər iki avtomobil yolun kənarına aşıb. Nəticədə sürücü T.Səlimov hadisə yerində ölüb. Qeyd edək ki, […]
Tramp Harrisi faşist adlandırıb
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp siyasətdən də danışan vitse-prezident və Demokratlar Partiyasından prezidentliyə namizəd Kəmalə Harrisi faşist adlandırıb. Trampın sözlərinə görə, onun prezidentlik yarışındakı rəqibi ölkənin yarıdan çoxunu düşmən, faşist və nasist adlandırır. O, Atlantada tərəfdarları qarşısında çıxışı zamanı deyib: “Ancaq o, faşistdir. Oldu? O, faşistdir”.(Report)
Türkiyə Cümhuriyyətinin qurulmasının 101 illiyidir
Bu gün Türkiyə Respublikasının qurulmasının 101 illiyidir. 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib. İki il sonra – 1925-ci ildə bu günün türk dövlətinin yaranması günü kimi qeyd olması barədə qanun qəbul olunub. Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün […]
Şəkinin görkəminə xələl gətirən sahibkar həbs edildi
Şəki şəhərində yerləşən “Şərifoğlu” tikinti materialları mağazasının sahibi həbs edilib. 36 yaşlı iş adamı S.Kərimli (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib. Bildirilib ki, Şəkidə tarixi məkanlara gedən marşrutun üzərində yerləşən mağazanın sahibi dəfələrlə tikinti materiallarını Zərifə Əliyeva küçəsinin kənarına və səkiyə yığıb. Ona həmin yerlərə materialları yığmaması […]
Bakıda eyni vaxtda leysan və günəşli havaya – Səbəb nədir?
Məlum olduğu kimi, bu gün səhər saatlarından etibarən Bakının bəzi ərazilərinə güclü yağış yağıb. Xüsusən paytaxtın Nərimanov, Sabunçu rayonlarında leysan müşahidə olunub. Lakin Yasamal, Binəqədi, o cümlədən, Xırdalandan olan izləyicilərimiz yaşadıqları ərazilərdə yağışsız və günəşli havanın müşahidə olunduğunu bildiriblər. “Qafqazinfo” paytaxtda eyni vaxtda müşahidə olunan təzadlı hava ilə bağlı Ekologiya […]
Sumqayıtda usta faciəvi şəkildə öldü
Sumqayıt şəhərində elektrik cərəyanı vuran usta ölüb. Hadisə şəhərin “Mero” adlanam ərazisində qeydə alınıb. 1978-ci il təvəllüdlü Qoşqar İsa oğlu Məmmədov fərdi evdə usta işləyərkən onu elektrik cərəyanı vurub. Qoşqar Məmmədov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Gürcüstandakı azərbaycanlıların seçimi – sülh, sabitlik, əməkdaşlıq, birlik – ŞƏRH
Bazar günü, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri hakim “Gürcü Arzusu” Partiyasının qələbəsi ilə başa çatdı. 54,23 faiz səslə qalib olan hakim partiyanın bu zəfəri ölkə və bütövlükdə region üçün böyük əhəmiyyət kəsb edir. Qərbin təzyiqləri, hətta sanksiyalarına baxmayaraq, xalq seçimini etdi – sabitliyə, əmin-amanlığa səs verdi. İlk növbədə, seçkilərin nəticələri […]
Gürcü spiker: Müxalifət dövlət çevrilişi ssenarisini izləyir
Müxalifət dövlət çevrilişi ssenarisini izləyir və konstitusion quruluşa qarşı gedir. Bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili keçirdiyi brifinqdə deyib. O, Gürcüstan xalqının bu cür fəaliyyətləri dəstəkləməyəcəyini əlavə edib. “Hər şey eynilə bizim daha əvvəl də dediyimiz kimi müxalifət tərəfindən yazılmış ssenari üzrə gedir. Biz bunu ona görə deyirdik ki, onlar […]
Sabahın hava proqnozu
Oktyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu […]