Prezident xalqa müraciət etdi – Tam mətn

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər. Dövlət başçısı xalqa müraciət edib. Müraciətin mətnini təqdim edirik: “-Əziz həmvətənlər. Bu gün Azərbaycan Zəfər bayramını qeyd edir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm, Azərbaycan […]

Türkiyə Prezidenti: Bu Zəfər Azərbaycanla birlikdə bütün Türk dünyası üçün qürur və ilham mənbəyidir

Ali Baş Komandanlığınızla qazanılan bu Zəfər Azərbaycanla birlikdə bütün Türk dünyası üçün qürur və ilham mənbəyi olmuşdur. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Zəfər Günü münasibəti ilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyib. “Ötən il Qarabağda uğurla həyata keçirdiyiniz antiterror əməliyyatı ilə tam nəzarəti təmin etdiyiniz bu qədim […]

Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər. Dövlət başçısı burada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb. Sonra parkdakı Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub. Daha sonra dövlət başçısı xalqa müraciət edib.

Mehriban Əliyeva: Uca Tanrı doğma Azərbaycanımızı daim qorusun

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Zəfər Günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “08.11.2024. Zəfər Gününüz mübarək! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə güc və səbir versin. Uca Tanrı doğma Azərbaycanımızı daim qorusun!”

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın Qarabağda qazandığı tarixi Qələbənin dördüncü ildönümü – Zəfər Günü qeyd olunur. Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, […]

Bu gün Şuşa Şəhərinin işğaldan azad olunmasından 4 il ötür

Bu gün Şuşa Şəhərinin işğaldan azad olunmasından 4 il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Prezident İlham […]

Ödənişli yoldan bu kartla keçəcəyik – Video

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli Keçid Kartı”nın satışına başlanılır. Bu barədə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” (AAYDA) məlumat yayıb. Bildirilib ki, “Sürətli Keçid Kartı”nı Sumqayıt 2, Quba və Bakı şəhərlərindəki 2,5,6 və 7 saylı “ASAN xidmət” mərkəzlərindən, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil […]