Koreya Prezidentinin həbsinə icazə verildi

Cənibi Koreyada Korrupsiyaya Qarşı İstintaq İdarəsinin rəhbəri Oh Don Un prezident Yun Seok Yeolun konstitusiya quruluşunu devirmək üçün fitnə-fəsad törətmək ittihamı ilə həbsinə icazə verib. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb. “Biz səylə araşdırma aparırıq və həbslə bağlı məsələlərə baxacağıq”, – Oh Don Un parlamentdə prezidenti həbs etməyi planlaşdırıb-planlaşdırmadığı barədə […]

Bakının üç rayonunda işıq olmayacaq

Bu gün Bakının Binəqədi, Sabunçu və Suraxanı rayonlarında təmir, yenidənqurma işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq. Bu haqda “Azərişıq” məlumat yayıb. Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK 4” yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar saat 11:00-dan saat 14:00-dək Binəqədi kəndində, Sabunçu […]

İqor Babuşkin: Azərbaycan Həştərxanın Xəzərdəki əsas tərəfdaşıdır

Həştərxan və Bakı arasında birbaşa aviareyslərin sayının artırılması Rusiya regionunun Azərbaycanla iqtisadi əlaqələrinin güclənməsinə kömək edəcək. Bu barədə Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin öz teleqram kanalında məlumat verib. “Bizim biznes mərkəzlərimiz turist axınının artmasına fəal şəkildə kömək edir. Bundan əlavə, Azərbaycan Respublikasının nümayəndələri regionumuzun bütün beynəlxalq layihələrində iştirak edirlər. […]

İlham Əliyev keniyalı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutoya təbrik məktubu ünvanlayıb. Mətndə deyilir: “Hörmətli cənab Prezident, Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Biz Keniya ilə əlaqələrimizin […]

Bakının bir sıra yollarında tıxac var – SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 4. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən […]

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin strateji müttəfiqlik zəminində inkişaf etdiyini bir daha vurğulayıblar. Dövlət başçısı Prezident Rəcəb Tayyib Ərdoğan və Əminə xanım […]

Normallaşma prosesini əngəlləyən “üçlük” – Dekotinyi, Okampo və katalikos – ŞƏRH

Fransa Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət sərgiləməkdə davam edir. Bu ölkənin Ermənistandakı səfiri Olivye Dekotinyi də bu fəaliyyətin öncülləri sırasındadır. O, növbəti dəfə Azərbaycanla şərti sərhəddə yerləşən kəndə səfər edib, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının (EUMA) qərargahında olub. “Fransanın Ermənistandakı səfirini qərargahımızda qəbul etmək bizim üçün böyük şərəf oldu və […]