KİV: Dohada “Mossad” rəhbərinin girovlarla bağlı danışıqlarında irəliləyiş əldə olunub

İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri David Barneanın iştirakı ilə Dohada keçirilən danışıqlarda Fələstinin radikal “HƏMAS” hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi üzrə irəliləyiş əldə edilib.Bu barədə “Walla” xəbər portalı yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb. Rəsmi şəxs qeyd edib ki, Dohada aparılan danışıqlar zamanı irəliləyiş əldə edilib və Barnea […]

Bakıda tıxac olan yollar açıqlanıb – SİYAHI

Bakıda tıxac olan yollar açıqlanıb. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində; 3. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində; 4. Tbilisi prospekti, “20 […]

Regionda PKK layihəsinin ləğvi – Suriya Bəşşarın ardınca onu yola salacaq – ŞƏRH

Suriyada Bəşşar Əsəd rejiminin yıxılması ölkədə, regionda və beynəlxalq münasibətlərdə yeni şəraitin yaranmasına səbəb olub. Son 13 ildə suriyalılar kimləri yola salıb? Əl-Qaidə, İŞİD terror qruplaşmaları, İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qoşunları, Tehranın yaratdığı müxtəlif proksi dəstələr, ölkə üzrə fəaliyyət göstərən Rusiya hərbçiləri, Livan “Hizbullah”ının döyüşçüləri və başqaları ölkəni […]

İranlı deputat: Yarım milyona yaxın insan nikah krediti ala bilmir

İranda yarım milyona yaxın insan nikah krediti almaq üçün növbəyə yazılıb. Bunu İran parlamentinin İqtisadiyyat komissiyasının üzvü Hadi Məhəmmədpur bildirib. Onun sözlərinə görə, maliyyə disbalansı yarandığı üçün kreditlərin ödənilməsinə hökumətin lazım olan resursu çatmır. Bildirilib ki, son illərdə İranın neftdən gələn gəlirləri beynəlxalq sanksiyaların təsirinə məruz qalıb və artan hərbi […]

MDB ölkələrinin hökumət başçıları əməkdaşlığa dair bir sıra sənədlər imzalayıb

MDB ölkələrinin hökumət başçıları Şuranın bugünkü iclasında nəqliyyat kompleksinin rəqəmsal transformasiyası sahəsində əməkdaşlıq barədə razılığa gəlib və bir sıra sazişlər imzalayıblar. İclasın gündəliyinə 10 bənd daxil edilib. Hökumət başçıları MDB-də iqtisadi əməkdaşlığın aktual məsələləri barədə fikir mübadiləsi aparıb, həmçinin nəqliyyat kompleksinin rəqəmsal transformasiyası sahəsində əməkdaşlıq haqqında Memorandumu təsdiqləyiblər. Sənəd bu […]

Bu günədək bələdiyyə seçkilərinə 3 minə yaxın şəxs namizədliyini irəli sürüb

Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərinə artıq 3 minə yaxın şəxs namizədliyini irəli sürüb. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, təqvim planına uyğun olaraq addımlar atılır: “Təbii ki, biz heç vaxt təqvim planından kənara çıxmağa, yaxud da onun pozulmasına imkan […]

Ceyhun Bayramov: Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqlarda yekun razılaşma yoxdur

Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqlarda yekun razılaşma yoxdur. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, sülh müqaviləsi layihəsi preambuladan və 17 maddədən ibarətdir: “Preambula və 15 maddə üzrə mətnlər tam razılaşdırılıb. İki maddə üzrə isə açıq suallarımız var. Hazırda açıq suallar üzrə danışıqlar […]

İranda qadın müğənni hicab taxmadan səhnəyə çıxıb

İranda karvansaraylardan birində Pərəstu Əhmədi adlı müğənni hicab məcburiyyətini pozaraq konsert proqramı ilə çıxış edib. Bu barədə məlumatı “ir.voanews.com” yayıb. Bildirilib ki, onun çıxışı yutub kanalı ilə birbaşa yayımlanıb. O, konsertlə bağlı belə açıqlama verib: “Mən, Pərəstu, sizi sevən qızlar üçün oxumaq istəyirəm. Mən çox sevdiyim ölkəm üçün oxuyuram. Bu […]

Tbilisidə baş verən iğtişaşların fəal iştirakçısı saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Tbilisidəki mitinqdə iğtişaşlarda iştirak edən 26 yaşlı şəxsi saxlayıblar. Bu barədə qurumun yaydığı məlumatında bildirilib. Məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs bu il dekabrın 4-də Rustaveli prospektində keçirilən aksiya zamanı həmfikirləri ilə birlikdə yeddi videomüşahidə kamerasını zədələyib. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin […]

Türkiyə səfiri: Heydər Əliyevi vəfatının 21-ci ildönümündə rəhmət və hörmətlə anırıq

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib. O, bu barədə “X” hesabında paylaşım edib. “Qardaş Azərbaycanın Ulu Öndəri, “Bir millət, iki dövlət” anlayışının fikir atası Heydər Əliyevi vəfatının 21-ci ildönümündə rəhmətlə və hörmətlə anırıq”.