Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün yola salınıb. Cəbrayıla 49 ailə (253 nəfər) köçürülüb. Beləliklə, Cəbrayıl şəhərinə köçürülən […]
Ərdoğan Əliyevə zəng etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Rəcəb Tayyib Ərdoğan dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdıraraq, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Rəcəb Tayyib Ərdoğan ölkəmizin inkişaf etməkdə olan səkkiz dövlətin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) […]
Prezident idmançıları mükafatlandırdı – Fotolar
Xəbər verdiyimiz kimi, Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib. Ölkə başçısı Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıları və idman mütəxəssislərini mükafatlandırıb. Mükafatlandırılma mərasimindən fotoları təqdim edirik:
Prezident: Qanlı toqquşmaları, digər ölkələrin işlərinə kobudcasına qarışılmasını Azərbaycanda görmürük və görməyəcəyik
Bu gün dünyada gedən proseslər göz qabağındadır. Bu fikirləri Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib: “Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi – bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik”, – İ.Əliyev deyib. Dövlət başçısı qeyd edib […]
Əsgərlik yaşının azaldılması barədə qanun layihəsi ÜÇÜNCÜ OXUNUŞDA
Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçiriləcək.İclasda hərbi xidmətlə əlaqəli qanun layihələrinin müzakirə edilməsi nəzərdə tutulub. Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” […]
Prezident idmançılarla görüşdü – FOTO
Dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. www.AzadMedia.az
Putin Paşinyanın sədrlik edəcəyi iclasa qatılacaq
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ermənistan Respublikasının baş naziri Nikola Paşinyanın sədrliyi ilə keçiriləcək Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək. Görüş dekabrın 26-da Leninqrad vilayətindəki “İqora” sanatoriya-kurort kompleksində baş tutacaq. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumatı TASS-a açıqlamasında təsdiqləyib. Ermənistan bu il Avrasiya İqtisadi Şurasına sədrlik edir. Tədbirdə Belarus, Qazaxıstan […]
Tokayev Azərbaycan Prezidentinə zəng edib
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə ad günü münasibətilə təbriklərini çatdırıb, prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib. […]
Türkiyədə fabrikdə partlayış – 12 ölü, 3 yaralı
Türkiyənin Balıkesir şəhərində partlayıcı maddələrin istehsal edildiyi fabrikdə partlayış baş verib. Bununla bağlı Türkiyə KİV məlumat yayıb. Bildirilib ki, partlayış nəticəsində 12 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Həmçinin binada çökmə baş verib. Partlayışın səbəbi isə hələlik məlum deyil.
Bu ərazilərdə işıq olmayacaq
Astarada təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Bununla bağlı “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Astara Elektrik Şəbəkəsinə (EŞ) daxil olan bir sıra ərazilərdə 35 kV-luq “Lovain” və “Astara” hava xətlərində aparılan təmir və budama işləri ilə əlaqədar bu gün elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar […]