Səfirliyimizə hücum edən Yasin edam ediləcək – TƏSDİQLƏNDİ

İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib. Bu barədə İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Əsgər Cəhangir deyib. O bildirib ki, iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib. Cəhangirin sözlərinə görə, ölən şəxsin valideynləri gəlib qisas tələb edən kimi edam icra olunacaq. Qeyd edək ki, […]

Nazirlik: Meymunçiçəyi virusuna qarşı antibiotiklərdən istifadə olunmamalıdır

Meymunçiçəyi virusuna yoluxma halında antibiotiklərdən istifadə olunmamalıdır. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev virusla bağlı danışarkən bildirib. Onun sözlərinə görə, antibiotiklərdən istifadə yalnız virusa yoluxmada hədsiz ağırlaşma halı baş versə, həkim məsləhəti ilə tətbiq oluna bilər: “Meymunçiçəyi virus mənşəli xəstəlik olduğu üçün onun müalicəsində antibiotik istifadə olunmamalıdır. Çünki antibiotikdən […]

Valideynlərini itirmiş uşaqlara müavinət verilməsində YENİLİK

Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil üzrə təminatları dəyişir. Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, valideynlərini itirmiş, valideyn […]

Bələdiyyə seçkiləri günü 18 yaşı tamam olan 153 seçiciyə xüsusi kartlar veriləcək

Azərbaycanda yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri günü 18 yaşı tamam olan ilk dəfə səs verəcək 153 seçiciyə xüsusi kartlar paylanacaq. Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, budəfəki seçkilərdə ilk dəfə səs verəcək şəxslərin sayı 29 min 172 nəfərdir.

DTX-nin həbs etdiyi şəxsin məhkəməsi başladı

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa olunaraq həbs edilmiş Svetliçnıy İvan Nikolayeviç barədə Bakı Ağır Cinayətlər Məhkəməsində 21 yanvarda hakim Aygün Qurbanovanın sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittham olunur. Azərbaycan vətəndaşı olan İvan Svetliçnıy Azərbaycan Respublikasının […]

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,53 ABŞ dolları, yaxud 0,64 % azalaraq 82,42 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 79,37 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin […]

Tramp: Yaxın Şərqdə çox adam öldürdük

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltona ABŞ Məxfi Xidməti tərəfindən verilən hökumət müdafiəsinin ləğv edilməsi barədə göstəriş verdiyini təsdiqləyib. Bu barədə Tramp Ağ Evdə çıxışı zamanı danışıb. “Məncə, kifayət qədər vaxt var idi. Biz insanları ömür boyu qorumayacağıq. Niyə etməliyik? Bu ömürlük ola bilməz. Düşünürəm […]

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 3. Babək prospekti, mərkəz istiqamətində; 4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi […]

Bələdiyyə seçkiləri ilə əlaqədar 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb

Bələdiyyə seçkiləri ilə əlaqədar ölkə ərazisindəki 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) yanvarın 21-də keçirilən iclasında müzakirə olunub. MSK sədrinin müavini Rövzet Qasımovun təqdimatına əsasən, seçkidə aşkarlıq mühüm məsələ olduğundan, veb-kameralarla müşahidə aparılması önəmlidir: “İstənilən vətəndaş seçki prosesi ilə bağlı müfəssəl məlumat əldə edə […]