Plastik cərrahların nəzərinə: Bu gün son gündür

Bu gün plastik cərrahların sənədlərini Səhiyyə Nazirliyinə təqdim etmələri üçün son gündür. Praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, […]

Kəlbəcər, Laçın və Ağdərədə daha 6 SES tikilir

[center][img]https://azadmedia.az/uploads/posts/2025-01/1738305057_8fea5065-8250-3e8f-add8-31259c185f69_850.jpg[/img][/center] Hazırda Qarabağ və Şərqi Zəngəzurda ümumi gücü 37,5 meqavat olan 6 su elektrik stansiyası tikilir. Bu barədə “AzerEnerji” məlumat yayıb. Məlumata görə, Kəlbəcər rayonunda 7,7 meqavat gücündə “Təkəqaya”, 3 meqavat gücündə “Ağçay”, 5 meqavat gücündə “Çaykənd”, Laçın rayonunda 4 meqavat gücündə “Şeylanlı”, 3,1 meqavat gücündə “Aşağı Malıbəy”, Ağdərə rayonunda […]

Vaşinqtonda təyyarə qəzasında həlak olan 40 nəfərin meyiti tapılıb

Təcili xidmətlərin əməkdaşları Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması nəticəsində həlak olan 40 nəfərin meyitini aşkar ediblər. Ru barədə CBS telekanalı məlumat yayıb. Ehtimal olunur ki, həlak olanların hamısının qalıqları tapılıb. Qeyd edək ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna […]

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 il ötür

Bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 il ötür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə […]

Bakıda bu yollarda sıxlıq var – SİYAHI

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” […]

Qəzza zolağından İsrailin iki, Taylandın beş vətəndaşı azad edilib

İsrailin iki və Taylandın beş vətəndaşı Qəzza zolağından azad edilərək İsrail Ordusuna təhvil verilib. Bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb. “İsrail hökuməti yeddi azad edilmiş şəxsi səmimiyyətlə qarşılayır. Vətəndaşlarımızın siyahısı: Arbel Yehud, Qadi Mozes. Bundan əlavə, beş Tayland vətəndaşı da azad edilib”, – bəyanatda qeyd olunub. Baş nazirin […]

İlham ƏIiyev Donald Trampa başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter ilə toqquşması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir: “Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter ilə toqquşması nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu faciə […]

DİM xaricdə ali təhsil alan 268 nəfər üçün peşə tanınması üzrə imtahan keçirib

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil alan şəxslər üçün peşə tanınması üzrə imtahan keçirib. Bu barədə DİM məlumat yayıb. Bildirilib ki, DİM-in elektron imtahanlar korpusunda təşkil olunan imtahan saat 11:00-da başlanıb və 1 saat davam edib. İmtahanda iştirak etmək üçün […]

İranın birinci vitse-prezidenti: Qonşu ölkələrlə münasibətin inkişafı bizim üçün prioritetdir

İranın xarici siyasətində qonşu ölkələrlə münasibətin inkişafı prioritet məsələdir. Bunu İran prezidentinin birinci müavini Məhəmməd Reza Aref Qazaxıstana səfəri öncəsi Tehranda Mehrabad Hava Limanında jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, İranın özəl sektorunun qonşu və region ölkələri ilə əlaqələri yaxşılaşdırması planlaşdırılır. Qeyd edək ki, M.R.Aref Qazaxıstana ikigünlük səfərə yola düşür.